8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Azərbaycan Voleybol Federasiyası Tovuzda təlim-məşq toplanışı təşkil edib

Azərbaycan Voleybol Federasiyası (AVF) Tovuz Regional Voleybol Klubunda təlim-məşq toplanışı təşkil edib.
 
Futbolxeber.az saytına AVF-nin mətbuat xidmətindən verilən məlumata görə, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmanın rəhbərlik etdiyi məşqlər mayın 12-14-də Tovuz Olimpiya İdman Kompleksində keçirilib.
 
"Tovuz" klubunun 40-a yaxın qız üzvü məşqlərə cəlb olunub. Burada gündə iki dəfə olmaqla uşaqlara həm fiziki, həm də texniki məşqlər keçirilib. Həmçinin gənclərə voleybol qaydaları ilə bağlı ətraflı məlumat verilib.
 
Qeyd edək ki, növbəti təlim-məşq toplanışı "Gəncə" klubunun idmançıları üçün Gəncədə təşkil olunacaq. Bu məşqlər mayın 15-17-si aralığında keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30