7 Iyun 2024, Cümə
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ

Ölkə futbolu

Qurban Qurbanov: “Birdən-birə düşünülən fikirlərin hamısını icra etmək asan deyil”

“Qərarlar az olsa da, ümumən görüş maraqlı keçdi. Gələcəklə bağlı, daha çox nələrə diqqət ayrılacağı barədə müzakirələr apardıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov qurumun bugünkü iclası barədə danışarkən deyib. 

O bildirib ki, düşünülən fikirlərin hamısını qısa zaman kəsiyindən icra etmək asan deyil: “Mənim elə bir ciddi əlavəm olmadı. Sadəcə bəzi detallar ətrafında müzakirələr getdi, hamımız öz fikrimizi bildirdik. Sonda qərara alındı ki, belə görüşlər tez-tez keçirilməlidir. Çünki birdən-birə düşünülən fikirlərin hamısını icra etmək asan deyil. Ona görə də bütün bunları geniş müzakirə etməliyik ki, Azərbaycan futbolunda gələcəkdə nələri daha da yaxşılaşdırmaq olar”.

“Premyer Liqada komanda sayının artırılmamasına əsas səbəb olaraq nə göstərildi?” sualını Q.Qurbanov belə cavablandırıb: “Qısaca şərait, struktur. Bu gün elə klublar var ki, Premyer Liqada iştirak etsələr də, onları da problemi var, həm büdcə, həm də struktur baxımından. Regionlarda strukturun yaxşılaşdırılması nəzərə alındı. İclasda bildirildi ki, hal-hazırda buna tam hazır deyilik. 2, 3, 5 ildən sonra klub sayının artırılması, hətta sayın bəzi Avropa ölkələrində olduğu qədər artırılması mümkündür. Bütün bunlar gələcəkdə nəzərə alınacaq”.

Qurbanov qeyd edib ki, regionlarda strukturun yaxşılaşdırılması işi AFFA tərəfindən aparılacaq: “Əlbəttə ki, bütün qərarlarında AFFA dövlət səviyyəsində məsləhətləşmələr, diskussiyalar aparacaq”.

Təcrübəli mütəxəssis dövlət tərəfindən klublara ayrılan maliyyə vəsaitinin artırılacağını istisna etməyib: “Bu məsələ müzakirəyə açıqdır. Qarşıdakı görüşlərdə bu barədə danışılacaq. Maliyyə yardımının məbləği məsələsinə yenidən baxılacaq. Bütün illik xərclər hesablanandan sonra İcraiyyə Komitəsi bu mövzuya yenidən qayıdacaq”.

Qurban Qurbanov vurğulayıb ki, Premyer Liqamızdakı legioner limiti ilə bağlı məsələ çox müzakirə edilməyib: “Bu barədə hamı ortaq fikirdə oldu. Qarşıdakı mövsüm limiti 7+4, 2025-26 mövsümündə isə 8+3 olacaq. Sonradan isə ümumi gedişata baxılacaq”.

İcraiyyə Komitəsinin üzvü “Qəbələ”ni Premyer Liqada I Liqanın qalibinin əvəzləyəcəyini söyləyib: “Böyük ehtimalla, I Liqanın qalibi olan komanda Premyer Liqaya yüksələcək. Amma təbii ki, bunun üçün həmin komanda lisenziya şərtlərinə tam cavab verməlidir”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30