29 May 2024, Çərşənbə
"Səbail"də ilk ayrılıq yaşandı
Renat Dadaşov "Hatayspor"dan ayrıldı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də

Ölkə futbolu

Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb

Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, “Füzuli”nin futbolçusu Elvin Nəsibov bir oyunda 7 qol vurub.
 
O, II Liqanın XXV turunda, "Kürmük Qax"la ev matçında fərqlənib. Bu, mövsümün rekordu olsa da, ölkə çempionatları tarixində ilk belə hal deyil. Digər turnirləri nəzərə almasaq, təkcə Premyer Liqada iki futbolçu 7 qol vurmağı bacarıb.
 
Hər iki oyunçu buna “Kəpəz”in formasında nail olub. Fazil Pərvərov 1993/1994 mövsümündə “Avtomobilçi” ilə görüşdə (8:0) 7 dəfə fərqlənib. Üç il sonra - 1996/1997 mövsümündə Rövşən Əhmədov “Şəmkir” üzərində 14:2 hesablı qələbədə qolların yarısını vurub.
 
Qeyd edək ki, "Füzuli" - "Kürmük Qax" qarşılşaması meydan sahiblərinin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31