16 May 2024, Cümə axşamı
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı

Ölkə futbolu

Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”

FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series - Edition 2024” layihəsi çərçivəsində sabah Monqolustanla qarşılaşacaq Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə bu gün oyunöncəsi mətbuat konfransına qatılıb.

Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə sabahkı görüş barədə fikirlərini bölüşüb: “Fərqli futbol mədəniyyətlərinə malik komandalarla oynayacağıq. Bizim üçün yaxşı təcrübə olacaq. Qarşıdakı 2 matçda həm yaxşı oyun sərgiləməyə, həm də qələbə qazanmağa çalışacağıq”.  

O, millidəki ab-havanın yüksək səviyyədə olduğunu bildirib: “Hər şey qaydasında gedir. Plana uyğun çalışamalarımızı davam etdiririk”.

B.Mustafazadə bildirib ki, son zamanlar sıx qrafikdə oynamaları “Qarabağ”ın futbolçularının millidəki çıxışına təsir etməyəcək: “Bu, milli komandadır.  Nə olur olsun, çətinliyə, yorğunluğa baxmayaraq, millidə bütün futbolçular ikiqat çalışırlar. O cümlədən də biz”.

“Qarabağ”ın üzvü “Bayer”lə matçın sonunda qaçırdığı qol epizodunun ona psixoloji cəhətdən mənfi təsir etmədiyini söyləyib: “Hər şey qaydasındadır. “Bayer”ə qarşı 2 gözəl oyun keçirdik. Azərbaycan xalqı bu mübarizədən məmnun qaldı. Uduzmağımız psixoloji cəhətdən problem yaratmadı. 100 milyonluq futbolçu 5 metrdən qapıya düşmürsə, mənim də şansımı qaçırmağımda ciddi problem yoxdu”

İbrahim CƏFƏROV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31