15 May 2024, Çərşənbə
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı
Bir fotonun qorxusu... - QEYD
"Bizə heç kim nəsə dəyə bilməz"

Ölkə futbolu

4 klub cərimələndi

AFFA İntizam Komitəsi "Araz-Naxçıvan"ın futbolçusu Numan Kurdiçu bir oyunluq cəzalandırıb.
 
Futbolxeber.az saytının məlumatına görə, onun "Qəbələ" ilə Premyer Liqanın XXVII turunun matçında (1:1) qırmızı vərəqə alaraq meydandan qovulması buna səbəb olub. Naxçıvan təmsilçisi legionerə görə 800 manat ödəyəcək.
 
"Turan Tovuz" 500, "Qarabağ" 1500 manat ziyana düşüb. Tərəflər arasında Tovuzda reallaşan qarşılaşma bitdikdən sonra tunel, texniki zona və miks zonaya “A buraxılışı” vəsiqəsi olmayan şəxslər buraxıldığına görə meydan sahibləri cərimələnib. "Qarabağ" isə azarkeşlər pirotexniki vasitədən istifadə etdiyi üçün bu məbləği ödəməyə məcburdur.
 
Komitə "Sumqayıt"a 700 manat cərimə kəsib. "Gənclik şəhəri" təmsilçisinin 4 oyunçusu "Sabah"a 1:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə görmüşdü.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31