Ölkə futbolu
Rəşad Sadıqov: “Oyun boyu çalışdıq ki, çox təzyiq göstərməyək”
"Dinamik və sürətli qarşılaşma oldu. Geridə qalan 12 turda sərgilədiyi oyunla "Qəbələ" təqdirə layiqdir. Səhv etmirəmsə, onlar çempionatda ən çox qol epizodu yaradan və topla oynamağı sevən komandalardan biridir. Bu gün öz futbolumuzu oynamağa çalışdıq. İlk hissədə bu, bizdə daha yaxşı alındı. Qol vurduq və rəqibə şans vermədik. Onların oturuşmuş kombinasiyalarını zərərsizləşdirə bildik. Lakin belə əzmkar rəqibə qarşı 70-ci dəqiqədən sonra ikinci qolu vura bilmirsənsə, oyunun sonluğu ağır keçir. Bu gün də belə oldu. Sonda çoxlu cərimə zərbələrinə yol verdik və təhlükəli epizodlar əsasən standart vəziyyətlərdən yarandı. Buna baxmayaraq, oyun planında rəqibi dayandıra bildik. Futbolçularımı təbrik edirəm. Bu matç çempionatımızın səviyyəsini və rəqabətin gərginliyini bir daha sübut etdi. Heç kim asanlıqla təslim olmur, nəticəni son dəqiqələrə qədər proqnozlaşdırmaq çətindir. Biz bu rəqabətə davam gətirməyə çalışacağıq. Artıq diqqətimizi "Kəpəz"lə oyuna yönəldəcəyik".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 12-ci turunun “Qəbələ” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında bildirib.
- Birinci hissədə 2 penalti təyin edildi, onların heç birini də baş hakimlər görmədi. Yalnız VAR-ın müdaxiləsindən sonra penaltilər verildi. VAR olmasaydı, necə olacaqdı?
- Bilirsiz, VAR sisteminin olması baş hakimə əlavə rahatlıq verir, çünki o, sığortalandığını bilir. Bəlkə də VAR olmasaydı, qərarları birbaşa öz üzərinə götürərdi. Hər iki penalti epizodu kifayət qədər mürəkkəb idi və onları görmək çətin idi. Düzdür, xırda qayda pozuntuları çox oldu, amma Elvin bəy gəncdir və Premyer Liqada yeni təcrübə toplayır. Biz də oyun boyu çalışdıq ki, dəstək olaq, çox təzyiq göstərməyək. Oyunun nəticəsinə təsir edən səhvə yol vermədi.
- "Qəbələ"nin istifadə edə bilmədiyi penalti oyunun qırılma nöqtəsi idi?
- Oyunun gedişatı göstərdi ki, həmin epizod həlledici məqam ola bilərdi. Əgər qol buraxsaydıq, oyunun ssenarisi dəyişər və ikinci hissədə tamamilə fərqli mənzərə yaranardı. Biz qol vurduğumuz üçün fasilədən sonra nəticəni qorumaq gərginliyi var idi. Əksinə olsaydı, daha böyük qüvvə ilə irəli atılacaqdıq. Lakin 30-cu dəqiqədə qaçırılan penaltini tam mənasıyla "qırılma nöqtəsi" adlandırmazdım. Bu epizod son dəqiqələrə təsadüf etsəydi, bəli, həlledici sayılardı. Rəqibə gəlincə, Kaxaber Tsxadadzenin formalaşdırdığı "Qəbələ"ni və oynatdığı futbolu heyranlıqla izləyirəm
- "Kəpəz"lə qarşılaşacaqsınız, daha sonra ölkə kubokunda rəqibiniz "Neftçi"dir. Bunu nəzərə alıb, "Kəpəz"lə oyunda heyətdə rotasiya etmək fikriniz var?
- Xeyr, bizi ilk növbədə "Kəpəz"lə oyun maraqlandırır. Bizi Yevlaxda qəbul edəcəklər. Açığı, bu mövsüm məyusedici məqamlar çoxdur. Çox istəyərdim ki, fərqli olsun. Bilmirəm zərurətdən, ya məcburiyyətdən irəli gəlir. "Turan Tovuz" bir çox rəqabət apardığımız komandalarla Bakıda oynayıb. Bizi 2 dəfə Tovuzda qəbul edəcək. "İmişli" bəzi komandalarla Şamaxıda oynadı, bizi Qubada qəbul etdi. "Kəpəz" Qəbələdə oynadı, fərqli ab-havada, azarkeşlərindən uzaq yerdə. İndi isə Yevlaxda oynayacaqlar. Dünən özümüz də gördük ki, "Kəpəz" orada istəkli idi, necə aqressiv oynayırdı. Burada söhbət sırf "Kəpəz", "İmişli" və "Turan Tovuz"dan getmir. Sadəcə olaraq, deyirəm ki, qaydalar qoyub və elə riayət edək ki, qaydalar pozulmasın. Çünki bu, aşkar şəkildə rəqabətə təsir edir. Bir şey demirəm. Hansısa komanda zərurətdən stadionunu dəyişibsə, bütün rəqiblərini orada qəbul etsin. Üçüncü dövrədə isə dəyişərlər. Elə daha ədalətli olardı. Çox komanda "Kəpəz"lə Qəbələdə oynadı. Biz Yevlaxda oynamalıyıq. Gördük ki, "Kəpəz" Yevlaxda tam fərqlidir.
- "Kəpəz"ə qarşı görüş süni örtüklü meydançada olacaq axı..
- Biz sırf olaraq həmin görüşlə bağlı hansısa rotasiya planlaşdırmışıq. Bizdə əsas 11 nəfər oyunçu deyə bir şeyimiz yoxdu. Ola bilər ki, bu gün start heyətində meydana çıxan futbolçu qarşıdakı oyuna "onbirlik"də başlamasın. Ya da, fərqli. Bu da "Neftçi" ilə bağlı deyil. Biz bu dəqiqə "Neftçi" matçını düşünmürük. Vacib üç xal var qarşımızda. Çempionatın necə getdiyini görürsünüz. Bu çempionatda 7-ci olmaq kimisə təəccübləndirməyəcək. Bu bir reallıqdır. Ona görə də bütün fikrimizi ilk növbədə çempionata yönəldəcəyik. Qəribə məqam odur ki, kubokla bağlı ən çox fikir və irad bildirən mən idim ki, kuboku qazanmaq asandır. İndi ən çətin yol bizə düşüb. 1/8 finalda "Neftçi" ilə qarşılaşırıq, növbəti turda "Sumqayıt"la üz-üzə gələcəyik. İki ildir ki, eyni ssenarini yaşayırıq. Yarımfinalda "Turan Tovuz" - "Araz-Naxçıvan", finalda da "Sabah" - "Qarabağ" cütünün qalibi ilə qarşılaşacağıq. Təbii ki ehtimal olaraq deyirəm bunları. Digər komandalara hörmətsizlik olmasın. Ən çətin yoldur. Bizim üçün prioritet həmişə çempionat olub. Kubokda irəliləmək istəyirik. "Neftçi"nin nə dərəcədə iddialı olacağını bilirik. Biz seçmirik, seçmə periodu deyil. İlk növbədə fikrimizi "Kəpəz"lə oyuna yönəldəcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
-
15:13
Azərbaycan komandası TeamGym üzrə Avropa çempionatında finala vəsiqə qazanıb
-
14:48
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
-
14:32
İtaliya klubunda yeni baş məşqçi
-
13:54
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək
-
13:00
Futzal millimizin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
-
12:47
Azərbaycan klubu braziliyalı legionerlə güclənib
-
12:25
Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edəcək
-
11:56
"Qarabağ" "Neftçi" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:31
Azərbaycan kayakçı və kanoeçiləri beynəlxalq yarışda 4 medal qazanıblar
-
11:09
“Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
-
10:43
"Mançester Siti" - PSJ matçında 6 qol VİDEO
-
10:28
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:14
"Aston Villa" "Fənərbaxça"nı darmadağın etdi VİDEO
-
09:52
DÇ: Günay Qurbanova finalda, Ruslan Nurullayev bürünc medal qazanıb
-
09:30
9 qolluq oyunda "Liverpul" qalib gəldi VİDEO
-
18:25
“Dinamo” - “Kür-Araz” matçında 4 penalti, 10 qol VİDEO
-
17:46
Türkiyə klubunda yeni baş məşqçi
-
16:51
"Kür"ün növbəti rəqibi bəlli olub
-
16:03
Boks millimiz Avropa çempionatında üçüncü yeri tutub
-
15:34
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
-
14:27
Bakıdakı dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
-
13:40
DÇ: Minifutbol millimiz BƏƏ-ni məğlub etdi
-
13:12
Futzal millimizin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
-
12:58
Qadın güləşi millimizin üzvləri Qazaxıstana yollanıblar
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:09
Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb
-
11:46
"Atletiko" "Mançester Yunayted"i məğlub etdi VİDEO
-
11:23
ABŞ səfirliyi Azərbaycan cüdoçularını dünya çempionatında uğurlu çıxışa görə təbrik edib
-
10:54
"Lans" öz meydanında "Sportinq"lə bacarmadı VİDEO
-
10:31
Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb
-
10:17
"Qalatasaray" - "Barselona" matçında 5 qol VİDEO
-
10:00
Millimiz “Antalyaspor”a qalib gəlib
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
15.10.2026
14.10.2026
13.10.2026
























