Ölkə futbolu
Fariz Nəcəfov: "Qəbələ" digər iki namizədlə danışıqlara başlayıb"
"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsi
- Əvvəlcə, İvaylo Petev məsələsinə aydınlıq gətirməyinizi istərdik. Onun "Qəbələ"yə gəlişinə nə mane olur?
- Məsələnin uzanmasına Petevin müqaviləsi davam etdiyi AEL klubu səbəb oldu. İyunun 10-da səhər saat 10-da Petev AEL-lə ilə müqaviləsini pozmalı idi. Klub də buna razı idi. Ancaq klub prezidenti sonradan qərarını dəyişib və Petevi komandada saxlamaq istəyib. Hələ ki, Petevlə danışıqlar davam edir. Eyni zamanda digər namizədlərlərlə də danışıqları bərpa etmişik.
- AEl klubunun rəsmi saytı Petevlə iki illik müqavilə imzaladıqlarını yazıb.
- Belə bir şey olmayıb. Yanlış xəbər idi. Onun AEL-lə müqavilə şərtlərində qeyd olunub ki, komanda Petevlə birinci ilində ilk "üçlüy"ə düşərsə, daha iki il komandanı çalışdıracaq. AEl isə Kipr çempionatını ikinci pillədə tamamladı. Buna görə də Petev növbəti iki ildə AEL-də çalışmalı idi. Ancaq Petev bizə bildirmişdi ki, klub rəhbərliyi ilə danışmışam, müqaviləmi ləğv edəcəm. İstənilən halda AEL klubu bizi çətin vəziyyətə saldı. İstərdik ki, Petev "Qəbələ"ni çalışdırsın. Ancaq alınmasa da, başqa namizədimiz var.
- Deməli, Petev özü "Qəbələ"yə gəlmək istəsə də, klub rəhbərliyi onu buraxmır?
- Bəli, məşqçi ilə bağlı heç bir problem yoxdur. Hətta mətbuatımızın da burda təqsiri var. Ağıllarına gələni yazdılar. Guya Petev "Qəbələ"də ilinə 2 milyon dollar qazanacaq. Nəyə əsasən bunu yazıblar, bilmirəm. AEL klubu bizim mətbuatı izləyir. Təbii ki, yazılanları oxudular və müəyyən fikrə gəldilər. Ancaq bildiyimə görə, hazırda AEL rəhbərliyi pul məsələsini fikirləşmir, sadəcə Petevlə yolları davam etdirmək istəyir.
- Petevi nə vaxta qədər gözləmək fikriniz var?
- Bizim gözləməyə vaxtımız yoxdur. Petev məsələsində bu gün son gündür. Alınmasa, digər iki namizəddən birini seçəcəyik. Hansı ki, əvvəldən bu məşqçilərlə danışıq aparırdıq. Sadəcə ən çox Petevin üzərində dayanmışdıq. Artıq qeyd etdiyim iki namizədlə danışıqlara başlamışıq. Yəqin ki, onlardan biri ilə müqavilə imzalayacağıq.
- Petevin gəlişi alınmasa, yeni baş məşqçinin təyinatı nə vaxt olacaq?
- Tez bir vaxtda baş məşqçi məsləsini həll edəcəyik. Çünki komanda bu gün Sloveniyaya baş məşqçisiz yola düşür. Hər şey Petevin istəyinə uyğun planlaşdırılmışdı. O özünə əmin idi ki, AEL-lə müqaviləni pozacaq. Ona görə də Petevin istəyinə uyğun plan qurmuşduq. Danışıq apardığımız hər iki namizəd "Qəbələ" haqda tam məlumatlıdır. Artıq onlar bütün futbolçular haqda təsəvvürə malikdir. Ona görə də baş məşqçi təyinatının gecikməsi komandaya çox da təsir etməyəcək.
- "Qəbələ" ilə müqaviləsi başa çatan müəyyən futbolçular var. Onlarla müqavilə yenilənib, yoxsa, yeni baş məşqçi buna qərar verəcək?
- Elə futbolçularla müqavilə imzalamışıq ki, yeni baş məşqçinin kimliyindən asılı olmayaraq onlar komandada qalmalı idi. Baş məşqçi vəzifəsinə namizəd dörd mütəxəssisin hər biri ilə hərtərəfli müzakirələr aparmışdıq. Komandada kimlərin qalmalı olduğunu danışmışdıq. Hazırda "Qəbələ"dəkibütün futbolçular komandada qalacaq.
- Yeni transferlərlə bağlı hansı işlər görülür?
- Komandaya cəlb olunacaq legioner futbolçularla bağlı yeni baş məşqçi qərar verməlidir. Onun komandanı hansı sistemlə oynadacağından çox şey asılıdır. Yerli futbolçulardan isə iki nəfərlə danışıq gedir. Yəqin ki, yaxın günlərdə komandaya cəlb olunacaqlar.
qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























