Ölkə futbolu
Azərbaycanlı futbolçulardan AFFA və PFL prezidentlərinə şikayət məktubu
Bir qrup azərbaycanlı futbolçu AFFA İntizam Komitəsinin martın 7-də keçirilmiş iclasda qəbul olunmuş qərarla bağlı AFFA və PFL prezidentlərinə açıq məktub ünvanlayıb. Futbolxeber.az-a göndərdikləri məktubda onlar Birinci divizionda növbəti mövsümdən tətbiq olunacaq yaş limitinə etirazlarını bildirərək qərarın dəyişdirilməsini istəyiblər. Məktubun mətnini nöqtə-vergülünə toxunmadan diqqətinizə çatdırırıq:
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti cənab Rövnəq Abdullayevə
və Peşəkar Futbol Liqasının prezidenti cənab Ramin Musayevə
Hörmətli Rövnəq Abdullayev,
Hörmətli Ramin Musayev
Son illər ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkə idmanı, o cümlədən futbolumuzun inkişafı istiqamətdə çox gözəl işlər görülür. Ölkə klublarının müxtəlif yaş qrupu üzrə komandalarının yaradılması, klubların infrastrukturunun gücləndirilməsi, dövlət hesabına stadionların tikilməsi və s. kimi təqdirəlayiq addımlar futbolumuzun gələcəyinə nikbin baxmaq üçün zəmin yaradır. Ancaq son 2 ildə limitlə bağlı qərarların mütəmadi olaraq dəyişdirilməsi görülən işlərə kölgə salmaqdadır.
Topaz Premyer Liqası üçün tətbiq olunan limitin azaldılması yerli futbolçuların inkişafı üçün zəmin yaradırsa, Birinci divizion klubları üçün nəzərdə tutulan yaş limitinin gənc oyunçuların "məhvinə" səbəb olacağı şübhəsizdir.
Keçən ilin martında keçirilmiş AFFA-nın İcraiyyə komitəsinin iclasında klubların heyətində 21 yaşadək 8 futbolçunun meydana çıxması barədə qərar qəbul edildi. Qərar ciddi etirazla qarşılandı və məsələyə yenidən baxılaraq limit azaldıldı. Ancaq yumşaldılan qərar bu il martın 7-də keçirilən AFFA İcraiyyə komitəsinin iclasında yenidən gündəmə gətirildi: heyətdə 23 yaşadək 8 futbolçu oynamalıdır. Bu isə yaşı 23-ü keçmiş yüzlərlə gənc futbolçunun kənarda qalması deməkdir. Həyatını futbola həsr edən bu insanlar arasında başqa heç bir peşə sahibi olmayanlar da var ki, bu qərar onların işsiz qalması deməkdir. Onu da nəzərə almaq lazımdır ki, bu qərarın futbolumuzun sağalmağa doğru gedən köhnə "xəstəliyinin" - lipalaşdırmanın yenidən baş qaldırmasına rəvac verəcəyi də gözləniləndir, hətta, bəlkə də, şübhəsizdir.
Təkcə Premyer Liqada yerli futbolçulara tələbatın ilbəil artacağını nəzərə almaq kifayətdir ki, Birinci divizionu sarsıtmaq deyil, səviyyəni artırmaq istiqamətində addımların atılmasının zəruriliyi anlaşılsın. Yaxud kim zəmanət verir ki, bu gün Birinci divizion komandasının formasını geyinən 24 yaşlı futbolçu bir ildən sonra əsas milli komandaya dəvət edilə bilməz?
Qonşu ölkələrin, məsələn, Rusiyanın, Türkiyənin aşağı dəstəsində hər hansı limitin tətbiq olunmaması, əksinə, hətta legionerlərə də müəyyən dərəcədə "yaşıl işıq" yandırılması həmin liqalarda rəqabəti daha da artırır. Çox istərdik ki, hörmətli İcraiyyə Komitəsi üzvləri bu kimi taleyüklü qərarlar verərkən qonşu dövlətlərin təcrübələrinə nəzər salsınlar və elə qərar versinlər ki, acısını həyatını sadəcə futbola həsr etmiş, dolanışığı burdan çıxan futbolçular çəkməsinlər.
Hörmətli Rövnəq müəllim,
Hörmətli Ramin müəllim,
xahiş edirik, yuxarıda qeyd etdiyimiz məqamları nəzərə alaraq Birinci divizion üçün bu mövsümdən tətbiq edilməsi nəzərdə tutulan limitə ən qısa vaxtda yenidən baxılması üçün səylərinizi əsirgəməyəsiniz. Ümid edirik ki, ölkə başçısının idmana diqqət və qayğısı ilə görülmüş işlərə ağır zərbə olacaq bu qərar dəyişdiriləcək və gələcəkdə belə qərarlardan əvvəl mövcud durum nəzərə alınacaq, müzakirə masasına ciddi təhlillər aparıldıqdan sonra çıxarılacaqdır.
Fərid Quliyev 1991 ("Neftçi")
Emin Mustafayev 1990 ("Qarabağ", U-17, U-19, U-21, "Sumqayıt", "Rəvan")
Coşqun Suleymanov 1990 ("Neftçi", "Qəbələ", "Kəpəz")
Mehdi Əzimzadə 1990 ("Neftçi")
Ramazan Hacıyev 1991 ("Neftçi", "Muğan", "Rəvan")
Şahin Abdinov 1991 ("Neftçi")
Orxan Qasımzadə 1990 ("İnter", "Bakılı, "Neftçi")
Fuad Əliyev 1990 ("Karvan")
Samir Əmirov 1991 ("Neftçi", AZAL)
Amil Orucov 1985 ("Karvan")
Ceyhun Əhmədov 1987 ("Karvan")
Ruslan Huseynov 1987 ("Karvan")
Rəhman Əzizov 1982 ("Karvan")
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























