3 Fevral 2026, Çərşənbə axşamı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

“Xəzər Lənkəran”dan Nizami Hacıyevə cavab: "Ucuz reklama getmə!"

“Nizami Hacıyevin müsahibəsində təzadlı məqamlar var. Özünün də dediyi kimi, “Qəbələ”də xoşbəxtdirsə, başqa klubların ofislərini niyə gəzir?” Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Nizami Hacıyev müsahibəsində “Xəzər Lənkəran”dan daha sərfəli təklif aldığını, amma bundan imtina etdiyini bildirib. Cəbrayıloğlu isə onun yalan danışdığını iddia edib: “Komandamızın azərbaycanlı futbolçulardan ibarət olan transfer siyahısında Nizami Hacıyevin adı yoxdur. Futbolçunun özü azad agent kimi klubumuza gəlməyə hazır olduğunu bildirmişdi. Lakin gündəmimizdə olmadığı üçün təklifi dəyərləndirmədik. Arzu edirəm ki, bu “transfer pəncərəsi” dövründə futbolçular saxta sevgi və sədaqət fikrilərindən uzaq olub, ucuz reklama getməsinlər”.


apasport.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28