14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

“Xəzər Lənkəran”: “Rəşad Sadiqovla razılıq əldə etmişik”

“Rəşad Sadiqovla razılıq əldə olunub. Bütün şərtlərdə ortaq məxrəcə gəlmişik. Amma onun “Neftçi” ilə müqaviləsi olduğundan keçid hələ rəsmiləşməyib”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

“Neftçi” ilə müqavilə məsələsini “Xəzər Lənkəran” həll edəcək, yoxsa futbolçunun özü” sualını klub rəsmisi belə cavablandırıb: “Bu suala cavab verməyim düzgün çıxmaz. Yalnız onu deyə bilərəm ki, Rəşadın “Neftçi” ilə müqaviləsinə xitam verildikdən sonra o, rəsmən “Xəzər-Lənkəran”ın futbolçusu olacaq. Mətbuatda yazılan müxtəlif rəqəmləri, onun hətta “Xəzər Lənkəran”da məşqə çıxması barədə məlumatları mən də oxuyuram. Amma bunlar həqiqəti əks etdirmir. Hələ ki biz yalnız futbolçunun özü ilə razılıq əldə etmişik”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31