3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Asif Məmmədov: “Məqsədimiz Avroliqada heç olmasa 3 mərhələdən keçməkdir”

"İnter"in aparıcı futbolçularından biri olan Asif Məmmədov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Asif, “İnter” mövsümü 2-ci pillədə başa vurdu. Bu nəticəni necə dəyərləndirə bilərsiniz?

- Mövsümə yaxşı başlamadıq, ancaq yekunu yaxşı dəyərləndirmək olar. Startda bir neçə uğursuz oyunlarımız oldu. Heç kim inanmırdı ki, birinciliyə bu gədər yaxın olacağıq. Bizə göstərilən dəstəyə görə, "İnter" PİK-ın rəhbərliyinə və azarkeşlərə böyuk minnətdarlığımı bildirirəm. Birliyimiz sayəsində 2-ci yeri tutduq.

- Bəs mövsüm ərzində çıxışınızdan razı qaldınız?

- Bu mövsüm keçən illə müqayisədə o qədər də çıxış etmədim. Amma ümümilikdə pis deyildi.

- İki həftəlik istirahətdən sonra komanda yenidən bir araya gəldi və ilk toplanış əsasən fiziki hazırlıqdan ibarətdir. Türkiyə toplanışı barədə nə deyə bilərsəniz ?

- Hazırlıq plana uyğun gedir, gündə üç dəfə məşq edirik. Bu toplanışda da əsas fiziki hazırlığa güc verilir. Hər şey öz yolundadır.

- İrəlidə komandanı Avropa Liqasının oyunları gözləyir. Necə düşünürsünüz, “İnter” bu yarışda özünü yaxşı tərəfdən göstərə biləcək?

- Bizim əsas məqsədlərimizdən biri Avropa Liqasının oyunlarına vəsiqə qazanmaqdan ibarətdir. Biz də bunun öhdəsindən gəldik. Bundan sonrakı məqsədimiz öz üzərimizdə işləməklə avrokubok turnirində heç olmasa 3 mərhələdən keçməkdir. Düşünürəm ki, komandamız ölkəmizi layiqincə təmsil edəcək. Hər şey özümüzdən asılıdır.

- Artıq “İnter”in ilk mərhələdəki bütün potensial rəqibləri bilinir. Maraqlıdır, komandamıza hansı ölkədən olan rəqibin düşməsini istərdiniz?

- Rəqibin kimliyindən asıllı olmayaraq biz hazır olmalıyıq. Avropa Liqasında asan rəqib yoxdur. Düzdür, komandamızda yeni oyunçular az deyil, amma birliyimiz və əhval-ruhiyəmiz bizi qələbəyə doğru aparacağına inanıram.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31