Ölkə futbolu
Elvin Yunuszadə: "Qələbə qolunu vurduğuma görə ikiqat sevincliyəm"
Filippin yığması ilə oyunda millimizin qələbə qolunu vurmuş “Neftçi” PFK-nın yetirməsi Elvin Yunuszadə klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Milli komandaya dəvət olunmağını necə qarşıladın?
- Milli komandada oynamaq hər bir futbolçunun arzusudur. Buna nail olmaq üçün oynadığın klubda özünü göstərməlisən. “Neftçi”də gənc yerli futbolçulara həmişə şans verilib. Biz də çalışmışıq ki, etimadı doğruldaq. Komandada məndən başqa bir neçə gənc futbolçu var ki, mütəmadi olaraq U-21 yığmasına çağırılır. Fikrimcə, onlar öz üzərində çalışsalar yaxın gələcəkdə əsas milliyə dəvət ala bilərlər.
- Səncə, yığma komandaya cəlb olunmağında əsas rolu nə oynadı?
- Biz ardıcıl üç mövsüm Azərbaycan çempionu olduq. Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsində oynadıq. Məşqçilər heyətinə minnətdarlığımı bildirirəm ki, mənə bu oyunlarda güvəndilər və şans verdilər. “İnter”, “Partizan”, “Rubin” kimi rəqiblərlə oyunda topladığımız təcrübələrin faydasını sonrakı qarşılaşmalarda gördük. Təbii ki, ölkə çempionatı da çox maraqlı və gərgin keçir. Milli komandanın məşqçiləri də Premyer Liqa oyunlarını izləyirlər.Yığmamızın baş məşqçisi Berti Foqtsa təşəkkür edirəm ki, mənə güvənib. Çalışacağam ki, özümü ən yaxşı tərəfdən göstərim.
- Filippinlə oyunda start heyətində meydana çıxacağını gözləyirdin?
- Hazırlığın ilk günündən çalışırdım ki, milli komandanın baş məqşçisi Betri Foqtsun bütün tapşırıqlarını yerinə yetirim. O da bunu qiymətləndirdi və start heyətində meydana çıxdım. Yoldaşlıq oyunu olmasına baxmayaraq, milli komandanın forması ilə meydana çıxdığım ilk matçda qələbə qazandıq. Müdafiəçi olsam da, debüt oyunumda qələbə qolunu vurduğuma görə ikiqat sevincliyəm. Amma bu yerə gəlib çatmağım heç də asan başa gəlməyib. Futbolçu kimi yetişməyimdə klub rəhbərliyi, məşqçilər heyəti və futbolçu yoldaşlarımın böyük əməyi var və buna görə onlara öz təşəkkürümü bildirirəm. Gənc olmağıma baxmayaraq qətiyyən arxayınlaşmıram və inanıram ki, milli komandaya gələcək oyunlarda da faydalı olacağam.
- Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərimiz barədə nə deyə bilərsən?
- Fikrimcə, daha asan rəqiblərlə düşə bilərdik. Amma bu rəqiblərlə də başa-baş mübarizə aparmağa çalışmalıyıq. Qrupun favoriti təbii ki, İtaliya yığmasıdı. Xorvatiya, Norveç və Bolqarıstan komandaları ilə oyunlarda xal qazanmaq mümkündür. Maltanı isə hər iki matçda məğlub etmək olar. Amma futbolda proqnozlar özünü heç də həmişə doğrultmur. Sadəcə bacardıqca daha çox xal toplamalıyıq. Biz gənclər üçün belə rəqiblərlə görüşlər əlavə stimuldur və bu oyunlarda ikiqat səy göstərərək nəticə qazanmaqla yanaşı Avropa klublarının diqqət mərkəzinə düşə bilərik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























