7 May 2024, Çərşənbə axşamı
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi
"Səbail" "Qəbələ"yə məğlub oldu

Digər idman növləri

Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”

"Azərbaycan çempionatı bu il iştirak etdiyimiz ilk yarış oldu. Yaxşı çıxış etdik. Çətinliyimiz olsa da, öhdəsindən gəldik. Beynəlxalq turnirlərə kimi daxili çempionatlarda qüvvəmizi sınayıb özümüzü daha da təkmilləşdirəcəyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri akrobatika gimnastikası üzrə qarışıq cütlük proqramında çıxış edən milli komandanın üzvü Ağasif Rəhimov 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatının mükafatlandırma mərasimindən sonra deyib.

O, akrobatika idman növünün çətinliklərindən bəhs edib: "Bu növdə elementlər olduqca mürəkkəbdir. Nəinki Azərbaycanda, dünyanın bütün ölkələrində akrobatika ən çətin gimnastika növlərindən biri hesab olunur. Hərəkətlərimiz həddindən artıq çoxdur. Bütün bunlara baxmayaraq, iştirak etdiyimiz mötəbər turnirlərin bir çoxundan qalib kimi ayrılırıq".

26 yaşlı idmançı bildirib ki, qarşıda onları, müvafiq olaraq, Bolqarıstan, Portuqaliya və Polşada keçiriləcək Dünya Kuboku yarışları gözləyir: “Hazırlıq istədiyimiz kimi gedir. Düzdür, çətinlik çoxdur. Çünki dünyanın bir çox ölkəsindən ən güclü gimnastlar Dünya Kubokunda qüvvəsini sınayacaq. Çalışmalıyıq ki, ötən il olduğu kimi, bu dəfə də qızıl medal qazanaq. Rəqiblərimiz bizdən çəkinirlər. Çünki gücümüzdən xəbərdardırlar. Ötənilki çıxışımızı təkrarlamaq niyyətindəyik. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq".

A.Rəhimov Dünya Kubokundan sonra sentyabrda Portuqaliyada təşkil olunacaq dünya çempionatına qatılacaqlarını vurğulayıb: “Ötənilki Dünya Kuboku yarışlarından sonra proqramımızı daha da çətinləşdirmişik. Məqsədimiz yeni rekorda imza atmaqdır. Ciddi hazırlaşırıq ki, rahatlıqla qələbə qazanaq və heç kim bizlə rəqabət apara bilməsin. Burada da birinci yer uğrunda mübarizə aparacağıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31