19 May 2024, Bazar günü
Miodraq Bojoviçdən qələbə şərhi
"Zirə" və "Neftçi"dən vacib qələbə
“Neftçi” çempionluğunu rəsmiləşdirdi
XXXV turun hakim təyinatları

Ölkə futbolu

“Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL

Cari mövsüm ölkə çempionu olan “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişib.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, Ağdam klubuna çempionluq kuboku və qızıl medallar əvvəldən nəzərdə tutulduğu kimi, 35-ci deyil, sonuncu - 36-cı turda təqdim ediləcək.

Qaydalara əsasən, çempionluğu erkən təmin edən komandaya mükafat mövsümün son ev oyununda təqdim edilir. “Qarabağ”ın son ev görüşü isə 35-ci turda “Turan Tovuz”la matçdan sonra təqdim edilməli idi. Lakin 36-cı turda keçiriləcək “Araz-Naxçıvan” - “Qarabağ” matçının yerinin dəyişdirilməsi mükafatlandırma mərasiminə də təsir göstərib.

Belə ki, cari mövsüm ev oyunlarını "Liv Bonadea Arena"da keçirən Naxçıvan klubu son matç üçün stadion problemi ilə üzləşib. Məlum olduğu kimi, iyunun 2-də sözügedən arenada ölkə kubokunun finalı keçiriləcək. 2 gün sonra isə “Liv Bonadea Arena”da qadınlardan ibarət millisi Türkiyə yığmasını qəbul edəcək. Buna görə də stadion rəhbərliyi arenanın qısa müddət ərzində 3 matça ev sahibliyi etməsinin qeyri-mümkün olduğunu bildirib. Belədə “Araz-Naxçıvan” stadion axtarışına çıxıb. Lakin axtarışlar heç bir nəticə verməyib. Belədə yeganə variant Tofiq Bəhramov adına Respublika stadionudur. Hələlik Peşəkar Futbol Liqası rəsmən açıqlamasa da, “Araz-Naxçıvan” son turda “Qarabağ”ı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Məlum olduğu kimi, bu arena da “Qarabağ” üçün doğma hesab olunur. Komanda avrokubok matçlarını, eləcə də əksər çempionat görüşlərini məhz Respublika stadionunda keçirib. Bütün bunlara görə “Qarabağ”a çempionluq kubokunun və qızıl medalların məhz mövsümün son oyunundan sonra təqdim edilməsi barədə qərar qəbul olunub.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31