19 May 2024, Bazar günü
Miodraq Bojoviçdən qələbə şərhi
"Zirə" və "Neftçi"dən vacib qələbə
“Neftçi” çempionluğunu rəsmiləşdirdi
XXXV turun hakim təyinatları

Ölkə futbolu

“Vurduğum qoldan zövq aldım”

AYAZ QULİYEV AZƏRBAYCAN MİLLİSİNDƏN DƏVƏT GÖZLƏYİR

“Sabah”ın yarımmüdafiəçisi Ayaz Quliyevin Futbolxeber.az saytına müsahibəsi

 

- “Araz-Naxçıvan”la matçın taleyini vurduğunuz baxımlı qol həll etdi. O zərbəni necə şərh edə bilərsiniz?

- Vurduğum qoldan zövq aldım. Vacib olan odur ki, fərqləndim. Həqiqətən də gözəl qol oldu. Əslində, çox qol vuran deyiləm. Bu da mənim mövqeyim üçün normaldır. Təbii k, bu cür qol vurmaq xoşdur. Üstəlik, qələbə qazandıq. Bu da ikiqat xoşdur.

- Bu, komandanızın ardıcıl dördüncü qələbəsidir.

- Bəli, vacib qələbə qazandıq. Hazırda xallara çox ehtiyacımız var. Odur ki, indiki məqamda kimin fərqlənməsi önəmli deyil. Əsas olan 3 xal qazanmaqdır.  

- Son 3 tur qalmış üçüncü pillədəsiniz. Avrokuboklar şansını necə dəyərləndirirsiniz?

- Turnir cədvəlində vəziyyət elədir ki, səhv etmək olmaz. Ardıcıl 3 qələbə qazandıq. Lakin ondan əvvəl də ardıcıl iki matçda uduzmuşduq və vəziyyətimiz xeyli pisləşmişdi. İndiki məqamda səhv buraxmağa haqqımız yoxdur.

- Son turda “Neftçi” ilə qarşılaşacaqsınız. Necə düşünürsünüz, həmin matçda qədər “Sabah” qarşıya qoyulan hədəfə çatacaq, yoxsa hər şeyə o matçda aydınlıq gələcək?

- İndidən nəsə demək çətindir. Biz ilk növbədə öz oyunlarımızda qalib gəlməliyik. Bunu bacarsaq, eləcə də digər kollektivlər xal itirsələr, bəli, dediyiniz ehtimal mümkündür. Biz də istərdik ki, məqsədimizə son turda yox, daha tez çataq.

- Ayaz Quliyevi nə vaxt Azərbaycan millisində görə biləcəyik?

- Açığı, bu barədə çox düşünmürəm. Dəvət olsa oynayacağam, olmasa yox. Hazırda bütün diqqətimi klubuma yönəltmişəm. Dəvət gəlsə, buna sevinəcəyəm. Amma çox da gözləntim yoxdur deyə, alınmasa da, məyus olmayacağam. Demək belə olmalı imiş.

- Hər halda sözlərinizdən belə başa düşdük ki, millidə oynamaq istəyirsiniz.

- Əlbəttə, oynamaq istəyirəm. Daha əvvəl də bu barədə demişəm. Dəvət gəlsə, məmnuniyyətlə Azərbaycan yığmasında forma geyəcəyəm.

- Ramil Şeydayevin aqibətini yaşamaqdan qorxmursunuz?

- Nə mənada?

- O mənada ki, Şeydayev Azərbaycan millisini seçdikdən sonra karyerası irəliyə yox, geriyə doğru getdi və bu gün Türkiyənin birinci liqa klubunda belə əsas heyət üzvü kimi möhkəmlənməkdə çətinlik çəkir.

- Mən deməzdim ki, Şeydayevin karyerası uğursuz alınıb. O, “Qarabağ”da yaxşı çıxış etdi, millidə də pis oynamayıb. Mən Ramili çoxdan tanıyıram. O, yaxşı futbolçudur.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31