19 May 2024, Bazar günü
Miodraq Bojoviçdən qələbə şərhi
"Zirə" və "Neftçi"dən vacib qələbə
“Neftçi” çempionluğunu rəsmiləşdirdi
XXXV turun hakim təyinatları

Digər idman növləri

"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubu yerli marşalların təliminə başlayıb.
 
Futbolxeber.az saytına qurumdan verilən məlumata görə, təlimlərin keçirilməsində məqsəd Azərbaycanda keçiriləcək "Formula 1" yarışı zamanı mümkün fövqəladə halların idarə edilməsi, əməliyyat və qarşılıqlı fəaliyyət planları reallığının yoxlanılmasıdır.
 
Eyni zamanda, bu təlimlər təhlükəli halların qarşısının alınması və yaranmış problemlərin çevik şəkildə həll edilməsi bacarıqlarının artırılmasına yönəlib.
 
Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində keçirilən təlim nəzəri və
praktiki hissələrdən ibarətdir.
 
Nəzəri hissədə "Formula 1" üzrə Azərbaycan Qran-prisinin idarəetmə texnikaları və cari mövsümün yenilikləri marşallara öyrədilir. Praktiki hissədə isə marşallar xüsusi olaraq hazırlanmış simulyasiya trekində öyrəndikləri bacarıqları tətbiq edirlər.
 
Qeyd edək ki, təlim sentyabrın 13-15-də baş tutacaq Azərbaycan Qran-prisinə hazırlıq mərhələsidir. Yarışda 1470 marşalın iştirakı nəzərdə tutulur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31