19 May 2024, Bazar günü
"Ən zəif oyunlarımızdan biri idi"
"Qəbələ"dən ardıcıl 3-cü qələbə
Miodraq Bojoviçdən qələbə şərhi
"Zirə" və "Neftçi"dən vacib qələbə

Digər idman növləri

Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar

Karate üzrə Azərbaycan yığma komandası Xorvatiyada Avropa çempionatında mübarizə aparacaq.
 
Futbolxeber.az saytının Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, idmançılarımız yarışın təşkil olunacağı Zadar şəhərinə yola düşüblər.
 
Yığma qitəmiqyaslı yarışda kumite, kata və para karate növlərində mübarizə aparacaq. Kişilərin yarışında Fərid Savadov (60 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov (84 kq) və Murad Hacızadə (+84 kq) mükafatlara iddialıdırlar. Onlar yarışa baş məşqçi Şahin Atamovun rəhbərliyi altında yollanıblar. Komanda yarışında ölkəmizin idman şərəfini Firdovsi Fərzəliyev, Rövşən Əliyev, Hüseyn Məmmədli və Nuran Rzazadə qoruyacaqlar.
 
Qadınlardan ibarət yığmanın baş məşqçisi Şahin Xudaverdiyev isə 4 karateçiyə şans verəcək. Bunlar Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), Aysu Əliyeva (61 kq) və Renata Ərəblidir (68 kq). Kata üzrə yarışda məşqçi İsmayıl Quliyev Roman Heydərov və Ramilə Heydərovaya güvənib.
 
Parakaratedə isə məşqçi Rənad Əliyev Emiliya Mitlinova, Ariana Mitlinova, Nihat Məmmədzadə, Vidadi Xalıqov və Eldar Əhmədova etimad göstərib.
 
Avropa çempionatında 2 hakimimiz ədaləti qoruyacaq. Bunlar AKF-nin Hakimlər Komitəsinin sədri Cahangir Babayev, eləcə də gənc və yeniyetmə idmançılardan ibarət yığmanın baş məşqçisi Anar Allahverdiyevdir.
 
Yığma yarışa AKF-nin vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31