15 May 2024, Çərşənbə
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı
Bir fotonun qorxusu... - QEYD
"Bizə heç kim nəsə dəyə bilməz"

Ölkə futbolu

Qurban Qurbanov: "Qol epizodlarından istifadə edə bilmiriksə...”

"Sumqayıt"ı təbrik edirəm. Burada çox xoş təəssüratlar oldu. Bu cür gözəl şəhərin əla stadionu, yaxşı azarkeşləri var. Bu gün də Sumqayıt üçün yaxşı futbol ab-havası, əsl bayram oldu. Onları təbrik edirəm və uğurlar arzulayıram. Özümüzə gəldikdə, pis oynamadıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqanın 32-ci turunda "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O qeyd edib ki, bu gün uğur rəqibin tərəfində idi: ““90 dəqiqə ərzində sadəcə bir neçə dəfə əks-hücumlarda rəqib bizi tutdu. Bundan da yaxşı istifafə etdilər. Oyunda topa daha çox sahib olmaq, meydanda düzgün yerləşmək bizim üçün vacib idi. Bunu bacardıq. Sadəcə bu gün uğur "Sumqayıt"ın tərəfində idi. Yaxşı qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Bu cür stadionda belə oyunların keçirilməsini çox istəyərdik. Futbolçular bu cür ab-havada, belə stadionda daha həvəsli, istəkli olurlar. Azarkeşlər üçün maraqlı oyun oldu".

Qurbanov məhsuldarlığın aşağı olmasının səbəbini belə izah edib: “Belə oyunlar olur. Ola bilər ki, futbolçularda mövsümün sonuna yaxın məsuliyyət və konsentrasiya aşağıdır. Görünür ki, aşağıdır. Danışırıq və çalışırıq ki, belə olmasın. Bu cür qol epizodlarından istifadə edə bilmiriksə, soyuqqanlı ola bilmiriksə, deməli oyuna yaxşı hazırlaşmamışıq, fikir başqa yerdədir”.

“Demək olar ki, istək keyfiyyətə üstün gəldi?” sualını təcrübəli mütəxəssis belə cavablandırıb: “Sumqayıt" çox istəkli görünürdü. Əslində, haqları idi. Həm futbolçular, həm də azarkeşlər çox istəkli oldular”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31