15 May 2024, Çərşənbə
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı
Bir fotonun qorxusu... - QEYD
"Bizə heç kim nəsə dəyə bilməz"

Ölkə futbolu

Lunyov: “2-5 mövsüm yaxşı səviyyədə oynaya bilərəm”

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya Premyer Liqasına qayıtmaq ehtimalından danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 32 yaşlı qolkiper bu barədə "Match TV"yə açıqlama verib: “Müəyyən kriteriyalarım var. Həyat yoldaşımla birlikdə təhlil edəcəyik, müsbət və mənfi tərəfləri görəcəyik. Çünki uşaq böyüyür və yetkinləşir. Onun gələcəyini və məktəbi düşünməliyik. Harada məskunlaşacağımız, ailə yuvamızın harada olması barədə qərar verəcəyik”.

"Növbəti müqaviləmin müddətinə də baxmaq lazımdır. Artıq yaşın 32-33 olduğunu başa düşmək lazımdır. Amma hisslərimdən, səhhətimdən anlayıram ki, 2-5 mövsüm yaxşı səviyyədə oynaya bilərəm", - deyə qapıçı vurğulayıb.

Qeyd edək ki, Andrey Lunyov 2023-cü ilin avqustunda "Qarabağ"la müqavilə imzalayıb. O, cari mövsüm klubun heyətində 25 oyuna çıxıb və 32 qol buraxıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31