14 May 2024, Çərşənbə axşamı
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı
Bir fotonun qorxusu... - QEYD
"Bizə heç kim nəsə dəyə bilməz"

Ölkə futbolu

“Qarabağ FK - 30 mövsüm səfərdə” sənədli filminin təqdimatı olub

Heydər Əliyev Mərkəzində “Qarabağ FK - 30 mövsüm səfərdə” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, mərasimdə hökumət rəsmiləri, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, idman ictimaiyyətinin nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər.
 
Filmdə “Qarabağ” futbol klubunun yerli çempionatda və avrokuboklarda uğurlu çıxışı, Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra “İmarət” stadionunun taleyi, “köhlən atlar”ın sabiq futbolçusu, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovdan bəhs olunub.
 
Mədəniyyət Nazirliyinin, “Salnaməfilm” və “Azərbaycanfilm”in ortaq layihəsi olan dördhissəli filmdə xarici jurnalistlərin və futbolçuların “İmarət” stadionu, “Qarabağ” klubu ilə bağlı hazırladıqları materiallar və onların fikirləri də yer alıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31