15 Oktyabr 2026, Cümə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Futzal

Futzal üzrə Yüksək Liqada üç oyundan ikisi baş tutmayıb

Futzal üzrə Yüksək Liqada XVI turun bir oyunu keçirilib, digər ikisi isə baş tutmayıb.

Futbolxeber.az saytının məlumatına görə, günün ilk matçında "Neftçi" İK "Lənkəran"la üz-üzə gəlməli olsa da, qarşılaşma reallaşmayıb.

"Lənkəran" komandası Azərbaycan Futzal Federasiyasına rəsmi müraciət edərək, növbəti oyunlarda iştirak edə bilməyəcəyini bildirib. Əsasnaməyə uyğun olaraq, bölgə təmsilçisi çempionatın oyunlarının 50 faizindən çoxunda iştirak etdiyinə görə, lider "Neftçi" İK-in hesabına 3 xal yazılıb.

Keçirilən qarşılaşmada isə "Araz-Naxçıvan" "Baku Fire"ni 5:1 hesabı ilə məğlub edib.

Bundan başqa, "Şuşa" komandası təyin olunan vaxtda meydana çıxmadığına görə U-19-la görüş keçirilməyib. Bu matçın nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31