22 Sentyabr 2026, Çərşənbə axşamı
"Neftçi"dən yubiley qələbəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da

Basketbol

Basketbol millimiz Lüksemburq və İrlandiya ilə oyunlara hazırlığa başlayıb

İyunun 7-14-də Gəncədə basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı baş tutacaq.

Futbolxeber.az saytına Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, komandanın baş məşqçisi Tahir Baxşıyev hazırlıq prosesinə aşağıdakı oyunçuları dəvət edib:

Amil Həmzəyev, Kamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Əkbər Məmmədov, Ulaş Turqut, Ercan Donat, Səid İsmayılov, Emanuel Aqbason, Orxan Aydın, Nicat Məmmədli və Derin Berkoz.

Toplanış yığmanın 2029-cu ildə baş tutacaq Avropa Çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində Lüksemburq və İrlandiya yığmalarına qarşı keçirəcəyi son qrup oyunlarına hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, Gəncə toplanışında əsas milli komanda ilə yanaşı, U-18 və U-20 yığmaları da iştirak edəcəklər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30