9 Yanvar 2026, Cümə
Kadidən “qayıtdım” mesajı
"Neftçi"də məşqçi təyinatları
“Qəbələ”də nigeriyalı hücumçu
"Kəpəz" onun transferini açıqladı

Basketbol

Azərbaycan millisinin Olimpiya Təsnifat turnirindəki oyunlarının proqramı açıqlanıb

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Olimpiya Təsnifat turnirində keçirəcəyi oyunların proqramı açıqlanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, yarışa aprelin 12-də Honqkonqda start veriləcək.
 
Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volkerdən ibarət millimiz B qrupunda Çili, Niderland və Monqolustan yığmaları ilə qarşılacaq.
 
Komanda qrupda ilk oyununu aprelin 12-də, Bakı vaxtı ilə saat 11:30-da Çiliyə qarşı keçirəcək. Növbəti iki matç isə aprelin 13-də baş tutacaq. Milli saat 11:55-də Monqolustan, 13:45-də isə Niderland ilə münasibətləri aydınlaşdıracaq.
 
Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31