8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Digər idman növləri

Hidayətdən 4-cü Avropa çempionluğu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.
 
Futbolxeber.az saytının məlumatına görə, yarımfinalda Adil Osmanovu (Moldova) məğlub edən üçqat Avropa çempionu finalda Danil Lavrentyevi (AIN) üstələyib. Bununla da H.Heydərov qızıl medala yiyələnib. O, Azərbaycan cüdosunun tarixinə dördqat Avropa çempionu olan ilk idmançı kimi düşüb.
 
Hidayət Heydərov bundan əvvəl 2017, 2022 və 2023-cü illərdə böyüklər arasında Avropa çempionatının qızıl medalını qazanıb.
 
Bu gün digər Azərbaycan cüdoçuları - Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) uğursuz çıxış ediblər.
 
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31