18 May 2024, Şənbə
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Digər idman növləri

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan idmançıları yarışın ilk günündə 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.
 
50 kq çəki dərəcəsinin final görüşündə Azərbaycanın iki cüdoçusu - Bahadır Feyzullayev və Məmmədəli Hüsiyev üz-üzə gəlib. Nəticədə B.Feyzullayev qızıl, M.Hüsiyev isə gümüş medallara sahib çıxıb.
 
60 kq çəkidə final qarşılaşmasında da iki cüdoçumuz - Nihad Rəhimov və Özqan Quliyev qarşılaşıb. Nəticədə Nihad Rəhimov qızıl medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Fərid Qarayev bürünc medal qazanıb.
 
66 kq çəkidə tatami üzərinə çıxan Kənan Sadıqov birinci yeri tutub. Eyni çəki dərəcəsində mübarizə aparan Ümüd Qurbanov isə bürünc medalla kifayətlənib.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31