1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Digər idman növləri

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Azərbaycan Atletika Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi yay ölkə çempionatı start götürüb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən yarışdan öncə açılış mərasimi olub.

Tədbir idmançıların paradı ilə başlayıb. Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub.

Çempionatda Bakı və respublikanın müxtəlif regionlarını təmsil edən 140-a yaxın atlet mübarizə aparır.

Yarışın proqramına üç təkanla tullanma, nüvə itələmə, hündürlüyə tullanma, uzunluğa tullanma, 60 metr, 100 metr, 200 metr, 400 metr, 800 metr, 1500 metr, 3000 metr məsafəyə qaçış, eləcə də 4x100 metr məsafəyə qarışıq estafet qaçışı daxildir.

Ölkə çempionatı “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya üçün normativlərin yerinə yetirilməsi və reytinq xallarının toplanması baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, Azərbaycan çempionatına mayın 18-də yekun vurulacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30