16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Digər idman növləri

Güləş millimiz Avropa çempionatının qalibi olub

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
 
Futbolxeber.az saytının Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyevlə Xəqan Süleymanovun rəhbərliyi altında qitə birinciliyinə tam heyətlə yollanan yığmamız 1 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.
 
İbrahim Həsənov (41 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəşid Nazarov (52 kq), Ruslan Vəliyev (62 kq) və Nihad Süleymanlı (75 kq) ikinci, Musa Tağıyev (38 kq), Abbas Şəfiyev (44 kq), Ramal Məmmədoğlu (52 kq) və Asim Əliyev (57 kq) üçüncü yeri tutub.
 
Yekunda 140 xal toplayan millimiz ən yaxın izləyicisini 31 xal qabaqlayaraq komanda hesabında Avropa çempionu olub. Beləliklə, U-15 Avropa çempionatları tarixində ilk dəfə sərbəst güləş üzrə millimiz komanda hesabında 1-ci yeri tutub. Gürcüstan (109) ikinci, Türkiyə (104) isə üçüncü yerdə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30