16 Iyun 2024, Bazar günü
Rafael Məhərrəmli "Şamaxı"da
"Cəbrayıl" I Liqaya yüksəldi
Junior Martins rəsmən "Zirə"də
Avro-2024: Futbolxeber.az-la qazan!

Ölkə futbolu

PFL: Azərbaycan çempionlarına yeni kubok və medallar təqdim ediləcək

Peşəkar Futbol Liqası Azərbaycan çempionatlarında qaliblərə veriləcək yeni kubok və medalları təqdim edib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının yeni kuboku xüsusi dizaynla hazırlanıb. Kubokun hündürlüyü 68 santimetr, çəkisi 9 kiloqramdır. Çempionun mükafatı gümüş örtüklə cilalanıb. Kubokun aşağı hissəsində 10 komandanın çempionluq uğrunda mübarizə aparması, üzərində Premyer Liqada iştirak edən hər bir komandanın öz ulduzu əks olunub. Bütün rəqiblərini qabaqlayaraq çempion olan komandanın ulduzu digərlərindən ölçüsünə görə fərqlənir.

Kubokun üzərində Azərbaycan bayrağı təsvir olunub. Bu, bütün anların üçrəngli bayrağımızın altında yaşandığını əks etdirir. Kubokun tutacaq hissələrində birlik və bərabərliyin təcəssüm ilə yanaşı, tarixi irsimizdən hər zaman güc alıb, buna söykənərək ucalara qalxa biləcəyimizi nümayiş etdirən buta ornamentləri təsvir olunub.

Ümumilikdə kubokda bütün Azərbaycan xalqının, eləcə də futbol ictimaiyyətinin şanlı bayrağımızın altında bir olması və tariximizdən güc alaraq ucalara qalxmasının mümkünlüyü müxtəlif simvollarla əksini tapıb.

Əvəzedicilər Liqası, I Liqa və II Liqanın qalibinə verilən kuboklar da xüsusi dizayn ilə hazırlanıb. Burada hər bir liqanın xüsusiyyətlərini özündə əks etdirən məqamlar qeyd olunub. Kuboklarda liqada çıxış edən komandaların saylarına və hədəflərinə xüsusi işarələr öz əksini tapıb.

Qeyd edək ki, yarışlarda qalib və mükafatçılara veriləcək medallar da yeni dizaynda hazırlanıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30