18 May 2024, Şənbə
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Ölkə futbolu

İqor Ribeyro: “Tanrıya şükürlər olsun ki, üzümüzü güldürdü”

“Araz-Naxçıvan”ın müdafiəçisi İqor Ribeyronun Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 32-ci turunda “Zirə”ni 1:0 hesabı ilə məğlub etdiniz. “Araz-Naxçıvan”ın qələbə həsrətinə son qoymasını necə şərh edərdiniz?

- "Zirə"yə qarşı həm yaxşı oyun keçirdik, həm də qalib gəldik. Uzun müddət idi aktivimizə 3 xal yazdıra bilmirdik. Nəhayət ki, bu uğursuz seriyaya son qoya bildik. Tanrıya şükürlər olsun ki, bu matçda üzümüzü güldürdü.

- Vurduğunuz qol komandaya qələbə gətirdi...

- Qol vurduğum üçün, komandanın qələbəsində pay sahibi olduğum üçün çox xoşbəxtəm. Əlbəttə, komandamın qələbə qazanması məndə yalnız xoş hisslər yarada bilər. Komanda yoldaşlarım qol vurmağımda mənə çox böyük dəstək oldular. Hər birinə öz minnətdarlığımı bildirirəm.

- Yenidən 8-ci pilləyə qayıdan “Araz-Naxçıvan”ın Premyer Liqada əsas hədəfi nədir?

- İlk olaraq təbii ki, debütant olaraq Premyer Liqada qalmaq, növbəti mövsümlərdə də əsas liqada çıxış etmək istəyirik. Hazırda bundan önəmli hədəfimiz yoxdur. Çünki bu gün komanda hər bir şəxs ailə olaraq bir-birindən çox razıdır, vəziyyətdən məmnundurlar. “Zirə” ilə matçda da bu birlik sayəsində qələbə qazandıq.

- Növbəti turda “Sabah”la matçdan gözlıntiləriniz nədir?

- Bundan sonra komanda olaraq "Sabah"la matça köklənməliyik. Həmin qarşılaşmada da azarkeşlərimizi sevindirmək istəyirik. Qalibiyyət əldə etmək komandanı ruhlandırır. Bu nəticəni təkrarlayıb xal ehtiyatımızı artırmaq istəyirik. Qələbələrə ehtiyacımız var.

- Vurduğunuz qolu kimə həsr etdiniz?

- Qolu ailəmə, uşaqlarıma həsr edirəm. Braziliyada yaşayan yaxınlarım bütün oyunlarımı izləyir. Qol vurmağım məni daha yaxşısını etməyə ruhlandırır.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31