2 Mart 2026, Bazar ertəsi
“Qarabağ”dan möhtəşəm geridönüş
"Quba"nın futbolçusu mükafatlandırıldı
Şamaxıda və Qəbələdə bərabərlik
Millimizin rəqibləri müəyyənləşdi

Xarici futbol

Kloze: "Emreli bizə başqa klublardan təklif aldığını bildirib"

“Mahir Emreli bizə başqa klublardan təklif aldığını bildirib”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Almaniyanın "Nürnberq" komandasının baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında danışarkən deyib.

O, 27 yaşlı hücumçunun komandadan ayrılmaq ehtimalının olduğunu gizlətməyib: "Mahirin başqa klubların maraq dairəsində olduğunu bilirik. Bu məsələni necə həll edəcəyimizi düşünürük. Onunla uzun-uzadı danışıqlar aparmışıq. Özüm futbol oynamışam, "transfer pəncərəsi" açıq olduqca, hər oyunçuya təklif gələ bilər. Mahir özü də bizə təklifinin olduğunu söyləyib. Lakin rəsmi bir şey yoxdur".

46 yaşlı mütəxəssis M.Emrelinin "Dinamo"dan (Zaqreb, Xorvatiya) "Nürnberq"ə transferindən sonra onunla xüsusu proqramlar çərçivəsində çalışdığını bildirib: "O, komandaya yeni gələndə çox yaxşı ünsiyyətimiz oldu və xüsusi məşqlər etdik. Bir müddət sonra yaxşı formaya düşdü və qarşılaşmalar zaman üstün performans sərgilədiyini söyləyə bilərəm".

Qeyd edək ki, mövsümün əvvəlində "Nürnberq"ə transfer olunan Mahir Emreli Cənubi Koreyanın "Seul" klubunun diqqət mərkəzindədir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31