26 Avqust 2026, Çərşənbə
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı

Xarici futbol

"Qalatasaray"ın qapısından keçirdiyim top karyeramdakı ən yaxşı qollardan biridir"

"Real"ın aparıcı üzvü Qaret Beyl dünən Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində "Qalatasaray"a qarşı keçirilın oyun (4:1) haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, dünyanın ən bahalı oyunçusu olan uelsli futbolçu vurduğu qola da toxunub: "Mən həm komandamın, həm də öz oyunumdan razıyam. Təbii ki, bu cür gözəl qol vurduğuma görə şadam. Hesab edirəm ki, cərimə zərbəsindən "Qalatasaray"ın qapısından keçirdiyim top karyeramdakı ən yaxşı qollardan biridir. Hər zaman məşqlərdə bu cür cərimə zərbələrinin üzərində işləyirəm. "Qalatasaray"a qarşı oyunda əsl xarakter nümayiş etdirdik. Azlıqda qaldıqdan sonra çoxları çətinliklə üzləşəcəyimizi düşündü. Amma əksi oldu. 10 nəfərlə qaldıqdan sonra çox əla futbol sərgilədik. Bu qələbə sayəsində "Real" həqiqətən də dünyanın ən güclü komandalarından biri olduğunu sübuta yetirdi. Əla heyətimiz var və inanıram ki, bu mövsümdə Çempionlar Liqasını qazana bilərik".
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31