18 Oktyabr 2026, Bazar günü
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
"Neftçi” qələbəni əldən verdi

Xarici futbol

Ərdoğandan UEFA-nın qərarına sərt etiraz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli komandanın üzvü Merih Demiralın UEFA tərəfindən 2 oyunluq cəzalandırılmasına münasibət bildirib.
 
Futbolxeber.az saytının məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib: "Kimsə almanların formalarında qartal var deyirmi? Kimsə də durub fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi? Orada Merih həyəcanını bu şəkildə ifadə etdi".
 
Ərdoğan həmçinin deyib: "İnşallah, bütün məsələ şənbə günüdür (Türkiyənin 1/4 finalda Niderlandla oyunu nəzərdə tutulur - red.) Meydandan qalibiyyətlə ayrılaraq növbəti mərhələyə çıxaq. Fövqəladə bir durum olmasa, matça getmək qərarımızı vermişik".
 
Xatırladaq ki, Merih Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri Avro-2024-ün 1/4 oyununda dubl edib. Merihin oyunda "bozqurd" işarəsi göstərməsi UEFA-nın İntizam Komitəsi tərəfindən uyğunsuz davranış kimi qiymətləndirilib və o, 2 oyunluq cəzalandırılıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31