5 Fevral 2026, Cümə axşamı
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Xarici futbol

Çexiya millisinin baş məşqçisi: “Portuqaliya qələbəyə layiq idi”

Çexiya millisinin baş məşqçisi İvan Qaşek Avro-2024-ün ilk matçında komandasının Portuqaliyaya 1:2 hesabı ilə uduzduğu oyunu şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, 60 yaşlı mütəxəssis bildirib ki, rəqib qələbəyə layiq idi:

“Çox təəssüf ki, öz işimizi sona çatdıra bilmədik. Halbuki buna çox yaxın idik. Biz dünyanın ən yaxşı millilərindən birinə çətin anlar yaşatdıq. Həlledici qolu sonda buraxmağımız təəssüf doğurur. Topu özümüzdə saxlaya bilmirdik. Rəqib bizi müdafiə olunmağa məcbur edirdi. Portuqaliya millisi daha yaxşı idi və layiqli qələbə qazandı. Lakin mən futbolçularıma təşəkkür etmək istəyirəm. İndi bu oyunu tez unutmalıyıq. 3 gündən sonra bizi Gürcüstanla həlledici matç gözləyir”.

Qeyd edək ki, çexlər 62-ci dəqiqədə hesabda önə keçsələr də, sonda meydanı məğlubiyyətlə tərk ediblər.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28