15 Yanvar 2026, Cümə axşamı
"Səbail"dan daha bir transfer
Kaxaber Sxadadzedən qələbə şərhi
"Neftçi" bu dəfə heç-heçə etdi
"Qarabağ" 5 qollu qələbə qazandı

Xarici futbol

İsveç yığmasının baş məşqçisi: “Bakıya gedənlər qəhrəman sayılacaqlar”

“Bizi izləmək üçün Bakıya gedənlər qəhrəman sayılacaqlar”.

Futbolxeber.az saytının məlumatına görə, bunu İsveç yığmasının baş məşqçisi Yanne Andersson Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələsinin oyunu ilə bağlı danışarkən deyib.

61 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada dəstəksiz qalmayacaqlarını söyləyib: “Təşəkkür etmək istədiyim o qədər insan var ki. Bizi dəstəkləyənlər böyük ürəkli insanlardır. Onların bu addımları bizim üçün çox şey deməkdir”.

Qeyd edək ki, noyabrın 16-da keçiriləcək Azərbaycan - İsveç oyunu saat 21:00-da başlayacaq. Hazırda İsveç 7 xalla üçüncü, Azərbaycan isə 4 xalla dördüncü pillədə qərarlaşıb. Yanne Andersson AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək son matçların ardından vəzifəsindən ayrılacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31