13 Yanvar 2026, Çərşənbə axşamı
"Neftçi" bu dəfə heç-heçə etdi
"Qarabağ" 5 qollu qələbə qazandı
"Zirə" qələbəni əldən verdi
"Sumqayıt" serblərə məğlub oldu

Xarici futbol

Krespo Ronaldonu öz dövrünün ən yaxşısı hesab edir

Argentina millisinin sabiq hücumçusu Ernan Krespo maraqlı açıqlaması ilə diqqət çəkib.

Futbolxeber.az saytının məlumatına görə, argentinalı veteran bildirib ki, braziliyalı Ronaldo dövrünün ən yaxşı futbolçusu olub:

“Bizim dövrümüzdə Ronaldo 1 nömrə idi. Bu, şübhəsizdir. Əbəs yerə onu Fenomen adlandırmırlar. Biz meydanda maksimum gücümüzü qoymağa çalışırdıq. O isə meydanda digərlərinin gücü daxilində olmayanları edirdi. Ronaldonun oyununu izləmək insana zövq verirdi. “İnter”ə məhz onun yerinə transfer olunmağım isə mənim üçün xoş xatirədi”.

Qeyd edək ki, 46 yaşlı Ronaldo “Qızıl top”un ikiqat qalibidi. O, 2 dəfə dünya çempionu olub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31