17 Yanvar 2026, Şənbə
"Sumqayıt" "Osiyek"lə bacarmadı
"Zirə"dən ardıcıl iki məğlubiyyət
"Neftçi" Çin klubuna qalib gəldi
“Səbail” U-21 millimizə uduzdu

Xarici futbol

“Azərbaycanda mənə və həyat yoldaşıma çox yaxşı münasibət var idi”

“Sabah”ın sabiq futbolçusu Rocer Roxas paytaxt klubundan ayrılmasından danışıb.

Futbolxeber.az saytının məlumatına görə, honduraslı hücumçu açıqlamasında Azərbaycanda çox yaxşı qarşılandığını, ancaq Kolumbiya klubundan gələn təkliflə “Sabah”dan ayrılmalı olduğunu deyib:

“Azərbaycanda mənə və həyat yoldaşıma çox yaxşı münasibət var idi. Onların adət və qaydalarına uyğunlaşdıq. Bizim üçün fövqəladə bir təcrübə oldu. Sonra Tolimadan yanıma gəldilər. “Deportes Tolimo”nun baş məşqçisi Hernan Torres mənə zəng edərək vəziyyətim barədə soruşdu. Mən Azərbaycan klubu ilə danışdım və şükürlər olsun ki, ayrılmaq istəyimi başa düşdülər”.

Qeyd edək ki, Roxas “Sabah”a bu ilin avqustunda keçmişdi. 29 yaşlı futbolçu paytaxt klubunda 13 oyunda 2 qol vurub. O, ötən ilin dekabrında Kolumbiyanın “Deportes Tolimo” klubuna keçib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31