17 Yanvar 2026, Şənbə
"Sumqayıt" "Osiyek"lə bacarmadı
"Zirə"dən ardıcıl iki məğlubiyyət
"Neftçi" Çin klubuna qalib gəldi
“Səbail” U-21 millimizə uduzdu

Xarici futbol

“Barselona”nın 2 aparıcı üzvü “Napoli” ilə cavab görüşündə meydana çıxmayacaq

"Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “Napoli”yə qarşı keçirəcəyi görüşə ciddi itkilərlə çıxacaq.

Futbolxeber.az saytının məlumatına görə, Kataloniya klubunun aparıcı yarımmüdafiəçiləri Serdji Buskets və Arturo Vidal martın 18-də keçiriləcək cavab matçında meydana çıxa bilməyəcəklər.

Buskets “Napoli” ilə ilk görüşün 49-cu dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Cari mövsüm 3-cü dəfə sarı vərəqə alan futbolçu cəzalı duruma düşüb.

Vidal isə görüşün 88 və 89-cu dəqiqələrində ardıcıl ikinci sarı və avtomatik qırmızı vərəqə aldığından 3 həftə sonrakı görüşdə forma geyə bilməyəcək.

Xatırladaq ki, bu gün keçirilən "Napoli" - " Barselona" qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb. 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31