6 Aprel 2026, Bazar ertəsi
"Neftçi" "Sumqayıt”ı məğlub etdi
Azər Bağırov: "Uduzacağımızı gözləyirdim"
Kaxaber Sxadadzedən qələbə şərhi
"Zirə" Azərbaycan çempionu oldu

Xarici futbol

"Çelsi" keçmiş futbolçusunu qaytarır?

Maurisio Sarriylə yolları ayırmağa hazırlaşan "Çelsi" baş məşqçi axtarışındadır.
 
Futbolxeber.az saytının məlumatına görə, London klubu yeni mövsümə Frenk Lempardla başlaya bilər. Klub rəhbərliyi Çempionşip təmsilçisi "Derbi"ni çalışdıran 40 yaşlı mütəxəssislə görüş keçirəcək.
 
Xəbərdə Didye Droqbanın Lempardın köməkçisi kimi çalışa biləcəyi də vurğulanıb.
 
Lempard 2002-2014-cü illərdə "Çelsi"də çıxış edib. O, 2018-ci ildən "Derbi"nin baş məşqçisidir. Lempardın komandası Premyer Liqaya vəsiqəni pley-off oyununda itirmişdi.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30