31 Avqust 2026, Bazar ertəsi
“Qəbələ” Sxadadze ilə yolları ayırdı
Dani Bolt “Qarabağ”dan getdi
Rəşad Sadıqovdan qələbə şərhi
“Zirə” “Neftçi”ni məğlub etdi

Xarici futbol

"Yagelloniya"nın baş məşqçisi "Kəpəz"i aşağıladı

"Bu gün matçın xüsusən, ilk yarısı xoşuma gəldi. Söhbət sırf nəticədən deyil, oyunun xarakterindən gedir. İstədiyimiz oyunu sərgilədik. Mövqe hücumları sərgiləmək niyyətində idik ki, fasilədəyək çoxlu belə hallar baş verdi".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Polşa "Yagelloniya"sının baş məşqçisi İreneuş Mamrot Türkiyənin Antalya bölgəsində "Kəpəz"i 8:1 hesabı ilə yendikləri yoxlama oyunundan sonra deyib. 48 yaşlı mütəxəssis fasilədən sonra lazımi oyun keyfiyyətlərinin çatışmadığını bildirib: "Topa yenə rəqibdən çox yiyələnsək də, bu, ilk yarıdakı qədər deyildi. İkinci hissədə çox az epizod yarartdıq. Üstəlik, "Kəpəz" iki yaxşı imkan yaratdı və sonuncu dəqiqədə qol vurdu. Hətta belə hesabla da buna yol verməməliyik. Lakin, bu, elə də vacib deyil. Xoşbəxtəm ki, ötən oyunumuzdan sonra diqqət yetirməli olduğumuz məqam bu gün daha çox nəzərə çarpırdı. Hərçənd, onu da qeyd etməliyəm ki, əvvəlki iki yoxlama matçındakı yüksək əzmkarlığımız bu dəfə yox idi. Bizim üçün bir qədər asan idi, amma oyunçularımızın tapşırıqlarımızı yaxşı yerinə yetirdiklərini də vurğulamalıyıq. Qarşıda daha güclü rəqiblərlə 2 oyunumuz da var. Fikrimcə, nəyə qadir olduğumuz növbəti görüşlərdə bilinəcək".
 
Qeyd edək ki, "Yagelloniya" "Kəpəz"lə oyunun ilk yarısında 7 cavabsız qol vurub. Fasilədən sonra isə tərəflər hərəyə 1 dəfə fərqləniblər. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31