16 Oktyabr 2026, Cümə
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
“Sumqayıt”ın heyətində ciddi itkilər
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası

Digər idman növləri

Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının biletləri satışa çıxarılıb

İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının biletlərinin satışına start verilib.

Futbolxeber.az saytına Azərbaycan Güləş Federasiyasından bildirilib ki, Milli Gimnastika Arenasında təşkil olunacaq yarışın biletlərini iticket.az saytı vasitəsilə onlayn, eləcə də iTicket satış məntəqələrindən əldə etmək mümkündür. Biletlərin qiyməti 2 və 5 AZN təşkil edir.

Yarışın proqramı hər gün iki sessiyadan ibarət olacaq. Gündüz sessiyasında (10:30-14:30) ilkin qarşılaşmalar keçiriləcək və idmançılar yarımfinala yüksəlmək uğrunda mübarizə aparacaqlar. Axşam sessiyası (17:00-20:00) çərçivəsində isə yarımfinal görüşləri, medal uğrunda qarşılaşmalar və mükafatlandırma mərasimləri təşkil olunacaq.

Azarkeşlər bir biletlə həm gündüz, həm də axşam sessiyalarını izləyə biləcəklər. Bundan əlavə, sessiyalar arasında Milli Gimnastika Arenasında fəaliyyət göstərəcək fan zonada müxtəlif əyləncəli proqramlar, interaktiv oyunlar, tanınmış güləşçilərin imza mərasimləri və digər tədbirlər baş tutacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31