16 Oktyabr 2026, Cümə
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
“Sumqayıt”ın heyətində ciddi itkilər
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası

Digər idman növləri

Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün cəzalandırılıb

“Hidayət Heydərov iki yarışda çəki sala bilmədiyi üçün cəzalanıb. Bu, federasiyanın daxili məsələsidir və cəzanın mahiyyəti açıqlanmayacaq. Nizam-intizam bizim üçün çox önəmlidir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransında deyib.

O, Olimpiya çempionu Hidayət Heydərovun hazırda əsas probleminin çəki olduğunu bildirib: “Başa düşməliyik ki, Heydərovun çəkisini sala bilməməsinin müəyyən səbəbləri var. Bu məsələ ilə bağlı onunla danışmışıq. Hidayətin potensialına isə heç bir şübhəmiz yoxdur. İnanırıq ki, o, gələcəkdə ikiqat Olimpiya çempionu ola bilər. Məşqlərə vaxtında gəlir, gecikmir. Hazırda əsas problemi çəki məsələsidir və bunun üzərində işləyirik”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31