16 Oktyabr 2026, Cümə
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
“Sumqayıt”ın heyətində ciddi itkilər
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası

Digər idman növləri

Elnur Məmmədli: “Hidayət Heydərovun əsas çəki dərəcəsi 73 kiloqram olaraq qalacaq”

“Dünya çempionatının Bakıda keçirilməsi cüdosevərlər üçün böyük bayram olacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransında deyib.

O, Olimpiya çempionu Hidayət Heydərovun çəki dəyişikliyi ilə bağlı məsələyə də münasibət bildirib:

“Biz ona şans verdik və 81 kiloqram çəki dərəcəsində çıxışını yoxladıq. Gördük ki, o, bu çəkidə də uğurla güləşə bilir. Lakin bu, Hidayətin 81 kiloqramda qalacağı anlamına gəlmir. O, növbəti yarışlarda yenidən əsas çəki dərəcəsi olan 73 kiloqramda mübarizə aparacaq”.

Federasiya rəsmisi dünya çempionatı üçün yekun heyətə seçim meyarlarından da danışıb: “Seçim meyarları bəllidir. Buraya Dünya Cüdo Turunda əldə olunan nəticələr, idmançının reytinqi və məşq prosesində verilən tapşırıqların nə dərəcədə yerinə yetirilməsi daxildir. Bütün bunlar məşqçilər heyəti tərəfindən müzakirə olunur və yekun qərar qəbul edilir”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31