16 Oktyabr 2026, Cümə
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
“Sumqayıt”ın heyətində ciddi itkilər
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası

Digər idman növləri

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

27 iyul-2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən, Milli Gimnastika Arenasında təşkil ediləcək mötəbər yarışda 663 idmançı, 272 məşqçi, 64 beynəlxalq hakim iş başında olacaq. Ümumilikdə 1100-dən artıq qonaq dünya çempionatı ilə bağlı ölkəmizə təşrif buyuracaq.

Bu dünya çempionatı iştirakçı idmançıların sayına görə son 13 ilin, təmsil olunan ölkələrin sayına görə isə son 8 ilin ən yüksək göstəricisi ilə yadda qalacaq.

Bir həftə davam edəcək dünya çempionatında gələcəyin ulduzları sərbəst, yunan-Roma və qadın güləşi üzrə qələbə uğrunda mübarizə aparacaqlar. Yarışın yüksək təşkilatçılıq səviyyəsində keçirilməsi üçün Azərbaycan Güləş Federasiyası tərəfindən bütün zəruri hazırlıq işləri həyata keçirilir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31