31 Avqust 2026, Bazar ertəsi
Rəşad Sadıqovdan qələbə şərhi
“Zirə” “Neftçi”ni məğlub etdi
Dieqo Rosa rəsmən “Qarabağ”da
"Şəfa" öz meydanında uduzdu

Digər idman növləri

Əli Əsədov: “III MDB Oyunları Azərbaycanda dostluq və idman ruhunu gücləndirəcək”

“Hazırda Azərbaycanda keçirilən III MDB Oyunları dostluq və idman ruhunu gücləndirmək üçün mühüm addım olacaq, həmçinin Birlik ölkələri arasında idman sənayesi və mədəniyyətin inkişafına xidmət edəcək”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan Baş naziri Əli Əsədov Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

"MDB çərçivəsində müxtəlif idman tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyət kəsb edərək qarşılıqlı fəaliyyətin mühüm istiqamətinə çevrilib. Xüsusilə, vurğulamaq istəyirəm ki, ötən gün Azərbaycanın Gəncə şəhərində III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Açılışda Prezident İlham Əliyev iştirak edib. İlk dəfə olaraq 23 idman növündə 1 600-dən çox idmançının yarışacağı belə bir böyük idman tədbirləri ölkəmizin regionlarında (7 şəhərdə) keçirilir", - o deyib.

Ə.Əsədovun sözlərinə görə, humanitar sahə də qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri olaraq qalır.

"Bu gün 2026-cı ildə Sağlamlığın Qorunması İlinin hazırlanması və keçirilməsi üzrə Tədbirlər Planının təsdiqi nəzərdə tutulur. Bu kontekstdə tibbi kadrların ixtisasının artırılması, həmçinin səhiyyə sisteminə innovativ metodların və müasir informasiya texnologiyalarının tətbiqi ilkin əhəmiyyət kəsb edir", - Baş nazir qeyd edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31