10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Naxçıvanda gimnastlar üçün "ustad dərsi" keçirilib

Naxçıvanda gimnastlar üçün "ustad dərsi" keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, bu gün İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının (AGF) məşqçiləri tərəfindən muxtar respublika gimnastları və onların valideynləri üçün gimnastika hamı üçün idman növündə "ustad dərsi" keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə 80-ə yaxın gimnast, eləcə də məşqçi və valideynlər iştirak ediblər.

AGF-nin gimnastika hamı üçün növü üzrə baş məşqçisi Ruslan Eyvazov, məşqçilər Abid Aslanov, Rəna Manafova, Ləman Zeynalzadə və digələrindən ibarət 8 nəfərlik heyəti "ustad dərs"inin iştirakçıları ilə təcrübələrini bölüşüblər. Dərs isinmə hərəkətləri ilə başlayıb, ardınca rəqslər, fləşmob və akrobatik hərəkətlər icra olunub.

Qeyd edək ki, bu növ üzrə "ustad dərsi" Naxçıvanda artıq ikinci dəfədir (birinci 2023-cü ildə) təşkil olunur. Məqsəd adıçəkilən növə marağı artırmaq, idmançıların hazırlıq səviyyəsini yüksəltmək və gələcək yarışlar öncəsi motivasiya etməkdir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31