18 Aprel 2026, Şənbə
"Zirə"nin futbolçusu mükafatlandırıldı
Kurban Berdiyevdən qələbə şərhi
Hidayət Heydərov finalda uduzdu
"Qarabağ" azarkeşlərə müraciət etdi

Digər idman növləri

Azərbaycan avarçəkənləri Avstriyada 5 medal qazanıblar

Azərbaycan avarçəkənləri Avstriyanın paytaxtı Vyanada təşkil olunan ənənəvi beynəlxalq "Vyana Reqatası"nda 5 medal qazanıblar.
 
Futbolxeber.az saytının Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 120-ci dəfə təşkil olunan reqatada iştirak edən Azərbaycan avarçəkənləri 2 qızıl, 1 gümüş, 2 bürünc medal əldə ediblər.
 
Böyüklər arasında akademik avarçəkmə üzrə yığmamızın lideri Bəhmən Nəsiri 2000 metr məsafəyə yürüşdə A finalında qızıl medala sahib olub. Murad Sadıxov üçüncü yer tutub. Eyni məsafədə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə A finalında finişi ikinci keçib.
 
Gənclər arasında Nurlan Paşayev 2000 metr məsafədə A finalında birinci olub. Yeniyetmələr arasında bir nəfərlik qayıqda 1500 metr məsafəyə yürüşdə Azər İlyasov A finalında bürünc medal qazanıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30