14 Fevral 2026, Şənbə
"Qarabağ" və "Zirə" qalib gəldi
Tahir Gözel "Neftçi"yə təşəkkür etdi
Millimizin rəqibləri müəyyənləşdi
Anatoli Nuriyev “Zirə”də

Digər idman növləri

Güləşçilərimizdən 3 qızıl və 1 bürünc medal

IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan pəhləvanları Oyunları 4 qızıl, 1 gümüş və 3 bürünc medalla başa çatdırıblar.

Heydər Əliyev adına İdman Arenasında keçirilən yunan-Roma güləşi yarışlarının ikinci günündə dörd çəki dərəcəsində qaliblər müəyyənləşib.

Güləşçimiz Kamran Məmmədov (66 kq) finalda Qırğızıstan idmançısı Janat Kilibayev ilə qarşılaşıb. Görüş vaxtından əvvəl 9:0 hesabı ilə Azərbaycan pəhləvanının xeyrinə başa çatıb.

Yarışlarda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Mürsəliyev finalda Türkiyə təmsilçisi Furkan Bayrak üzərində 1:0 hesabı ilə qələbə qazanaraq millimizin aktivinə 54-cü qızıl medalı yazdırıb.

Digər güləşçimiz İslam Abbasov (85 kq) isə finalda Türkiyə təmsilçisi Ali Cengizi məğlub edərək “Bakı-2017”nin qızıl medalını qazanıb.

Yunan-Roma güləşi yarışlarında 130 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Sabah Şəriəti bürünc medal uğrunda görüşdə suriyalı Raja Alkrada qalib gələrək üçüncü yeri tutub.

Beləliklə, İslamiadada yunan-Roma güləşi üzrə yarışlarda 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında birinci yerdə qərarlaşıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28