13 Oktyabr 2026, Çərşənbə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Digər idman növləri

"Bakı" İtaliya çempionu ilə bacarmadı

 

Çimərlik futbolu üzrə Azərbaycan çempionu "Bakı" Avropa kuboku uğrunda (Euro Winners Cup 2013) mübarizəyə başlayıb. Futbolxeber.az-ın məlumtına görə, 20 ölkəni təmsil edən çempion komandalar 5 qrupa bölünüblər. 
 
İtaliyanın  San Benedetto del Tronto şəhərində bir araya gələn komandalar artıq ilk oyunlarına çıxıblar. E qrupunun start qarşılşamasında İtaliya çempionu "ASD Terraçina BS" (ASD Terracina BS) ilə mübarizə aparan "Bakı" meydan sahiblərinə 1:3 hesabı ilə məğlub olub. 
 
Oyunda hesabı meydan sahibləri açıblar. Llorenç ilk qolu komandamızın qapısından keçirib. Bir qədər sonra Llorenç ikinci dəfə qapımıza yol tapıb. Bundan sonra komandamız hesab arasındakı fərqi azaltmağa müvəffəq olub. Ramil Əliyev fərqi minimuma endirib. Kifayət qədər maraqlı mübarizədə davam edən oyunda yaranan imkanlardan istifadə edə biməyən "Bakı" üçüncü dəfə mərkəzə dəvət olunub. Yenə də Llorenç fərqlənib. İtaliyalı futboçunun het-triki meydan sahiblərinə qələbə qazandırıb.
 
Komandamız bu gün ikinci oyununa çıxacaq. Rəqib Polşa çempionu "Qrembax Lodz" (Grembach Lodz) klubudur. Oyun Bakı vaxtı ilə saat 17.45-də başlanacaq.
 
Ələvə edək ki, Polşa klubu ilk qarşılaşmada Latviya təmsilçisi "Kreys"i (Kreiss) 5:1 hesabl ilə məğlub edib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31