Minifutbol
Movsisyanlar - yalançı bakılılar (YAZI)
Ermənistan milli komandasının futbolçuları özlərindən əməlli-başlı söz etdirməyə başlayıb. Son seçmə mərhələlərdə göstərdikləri oyun və qazandıqları nəticələrlə bütün dünyada, xüsusən də qitəmizdə rəğbət qazanmağı bacaran bu gənc nəslin ən parlaq nümayəndələrindən biri də hazırkı Rusiya çempionatında keçirdiyi 16 oyunda 12 qol vuraraq bombardirlər siyahısına başçılıq edən Moskva "Spartakı"nın hücümçusu Yura Movsisyandı.
Öz dirnaqarası futbolçularımız bu futbolçudan, həmçinin Dortmund "Borussiyası"nın 10 nömrəsi Hamlet Mxitaryandan və Ermənistan millisinin demək olar ki, bütün futbolçularından peşəkarlığın sirrlərini oyrənə bilər. Amma mövzu başqadı. Yura Movsisyanın bioqrafiyasında bizim üçün çox maraqlı bir məqam var. Onun Amerika pasportunda doğum yeri qrafasında "Baku" yazılır. Anlaşılan bu ki, söhbət Konqo Demokratik Respublikasının şəhərindən deyil, paytaxtımızdan gedir. Yuradan əvvəl də Bakıda kifayət qədər tanınmış erməniəsilli idmançılar dogulub. "Neftçi"nin heyətində SSRİ çempionatının və DÇ-66-nın bürünc mükafatçısı, "Ararat"ın heyətində SSRİ çempionu və çempionatın gümüş mükafatçısı, ikiqat SSRİ kubokunun qalibi, 1974-cı ildə Herd Müllerlə bərabər Avropa Çempionlar Kubokunun bombardiri (əlbəttə, karyeraları ərzində titul qrafasındakı "şayba"nı düzəldə bilməyən "əfsanəvi" veteranlarımız bu nailiyyətlərə minbir kölgə sala bilər) Eduard Markarovla titullarının sayı-hesabı olmayan və çoxlarının bütün dövrlər üçün dünyanın ən yaxşı şahmatçısı saydığı Harrı Kasparovun adını çəkmək kifayətdir. Amma bu iki böyük idmançının Yuradan bir fərqi var. Onların bakılı olmaqları təkzibedilməz faktdır. Yaşlı nəslin Eduard Markarovun babası Aqalara kimi tanıyacagı istisna deyil. Harri isə anasının soyadını götürsə də, məşhur yəhudikökənli Vaynşteyn nəslindəndi. Hətta Harrinin əmisioğlunu gənc nəsildən də çoxları tanıyır.
Timur Eynşteyn "Bakılı oğlanlar"ın (əslində "Parni iz Baku" "Bakıdan olan oğlanlar" kimi tərcümə olunmalıdı) üzvlərindən olub. Amma Yura Movsisyanın bakılılığı şübhə və qaranlıqlarla doludu. Ötən ilin avqust ayının ikisində "Rossiyskaya qazeta"da "Yuri Movsisyan haqda 10 maraqlı fakt" başlıqlı yazısda erməni müəllif Artur Nanyan ilk maraqlı fakt kimi futbolçunun 1987-ci ildə Bakıda doğulub 1999-da Los Ancelesə köçməsindən başqa internetdə heç bir məlumatın olmadığını, Movsisyanın özünün bir dəfə də olsun bu mövzuya toxunmadığını qeyd edir. “Sport-Ekspress” qəzetinin 7 fevral 2011 tarixli sayında Pavel Alyoşinə müsahibə verən idmançı "Bakıda anadan olmuşam və kiçik yaşlarımdan ABŞ-a köç etmişik, futbolla məşğul olmaga da, Pasadena şəhərinin highschool məktəbində başlamışan" deyir.
Onu da qeyd edim ki, Yura rusca danışmasa da, ermənicə çox təmiz danışır. Maraqlıdı ki, oğlundan fərqli az da olsa rusca danışan bilən anası Aida son müsahibəsində 1999-un dekabrında Amerikaya köçdüyünü, oğlunun bir neçə ay yük daşımaqla fəhləlik etdiyini və yalnız 2000-ci ilin avqust ayından məktəbə getdiyini deyib. Belə çıxır ki, 1997-ci ilin avqustunda anadan olsan Yura 13 yaşından fubolla məşğul olmağa başlayıb... Nəzərə alsaq ki, bütün dünyada futbolçuların yaşazaltma saxtakarlığı geniş vüsət alıb, bu, 13 yaşından yox, 14, 15 və daha sonra da ola bilər. Bundan başqa Movsisyanın anası ilk dəfə açıqlama verib ki, onlar yuxarıdakı müsahibədə oğlunun dediyi kimi 1999-da birbaşa Bakıdan Los-Ancelesə yox, Qarabağa qaçıblar, Qarabağdan Rostova, ordan da Moskvaya pənah gətiriblər. Amma, nədənsə, Aida Movsisyan Bakı haqda kəlmə kəsməyib, deyib, evlərində bu mövzuya toxunmağa qadağa var. Azərbaycana gələndə yaxşıca yallanan müəllif İqor Rabiner isə fantaziyasını işə salaraq Bakı haqda mənfi fikirlər yazıb, amma bir dəfə soruşmayıb ki, necə olur ki, Bakıda bugün də bakılılar ruscanı azərbaycancadan yaxşı danışir, siz unudursuz? Necə olur, oğlunuz 12 yaşına kimi Bakıdan vurub, Rostovdan, Moskvadan çıxır, amma, rusca kəlimə kəsəmmir?
Odur ki, Aida Movsisyana bir zamanlar "Amısterdamda myadovıy mesyaçdı, nədi" kimi zərb məsələ çevrilən sözləri ilə də ünlüləşən eks-deputat Musa Musayevin bir fikri ilə cavab verək: "Ayıb deyil, adamda bir insaf olar axı!"
Anar ŞABANOĞLU, “Futbol+”
P.S. Bütün Ermənistan bilir ki, Movsisyan ailəsi sığınacaq almaq üçün sənədlərini saxtalaşdıraraq ABŞ dövlətinə Bakıdan qaçdıqları haqda yalan məlumat verib. Bu, uzun zamandır qonşu dövlətin vətəndaşları üçün kütləvi hal alıb. İstisna deyil ki, Azərbaycanın adından istifadə edib başqa ölkələrdən sığınacaq alan ermənilərin sayı qədər tarixən ölkəmizdə erməni yaşamayıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























