Minifutbol
“Səbail”in “avtoş”u
Dünən yolum Bakı Olimpiya Stadionuna düşmüşdü. BOS-un girişindəki şlaqbaumun qarşısında arenanın ərazisinə daxil olmağa çalışan avtomobillərə nəzarət əvvəlkindən daha güclü idi. Əslində, BOS-a giriş hər zaman çətin olub, amma budəfəki nəzarət daha ciddi idi. Maşınla arenaya yaxınlaşanlar qarşılaşdıqların mənzərədən təəccüblənsələr də, idman mətbuatını yaxından izləyənlər bu nəzarətin səbəbini çox yaxşı bilirdilər.
2 gün əvvəl “Səbail”in üzvü Eltun Yaqublunun şəxsi avtomobili ilə Bakı Olimpiya Stadionunda futbolçuların meydana çıxması üçün nəzərdə tutulan tunelə qədər getməsi və həmin kadların əks olunduğu videonun mətbuata çıxması ciddi narazılıqla qarşılanıb. Aydın məsələdir ki, xoşagəlməz halın yaşanmasında stadionun mühafizəçilərin də günahı var. Amma birmənalı şəkildə əsas günahkar futbolçudur. Bəziləri bəyənməsə də, “qılınc müsəlman” ifadəsi əsl bizlikdi. Biz bir yerdə azca özümüzə qarşı xoş münasibət gördüksə, dərhal “çıxıb otururuq bizə xoş münasibət göstərənin başında”. BOS-un mühafizəçiləri, yaxud rəhbərliyi arenanın ərazisinə daxil olan hər maşını güdə bilməzlər. Futbolçuya stadion ərazisinə maşınla daxil olmaq icazəsi verilibsə, bu o demək deyil ki, o, avtomobili ilə istədiyini etməlidir.
Məlum məsələdir ki, BOS-a yalnız xüsusi buraxılışı olan maşınlar daxil ola bilir. Meydançanın kənarına isə ümumiyyətlə, avtomobillə getmək qadağandır. Bu halda Yaqublunun sözün hər iki mənasında bu qədər irəli getməsinin səbəbi nə idi? Mətbuatda yayımlanan həmin 14 saniyəlik videoya bir neçə dəfə baxdım. Əslində, baxılası bir şey də yoxdu. Bu hərəkətə bilmirsən nə deyəsən, özündənrazılıq, ulduz xəstəliyi, yaxud nə?
Təəssüf ki, özündənrazılıq, ulduz xəstəliyinə tutulmaq bir çox azərbaycanlı futbolçunun evini yıxıb. İnsan kimi Eltun Yaqublu barədə bir söz deyə bilmərəm. Şəxsi tanışlığımız yoxdu. Amma futbolçu Eltun Yaqublunun nə özündən razı olmağa, nə də ulduz xəstəliyinə tutulmağa haqqı var. Axı futbolçu kimi nə edib, hansı titulu qazanıb? Bəlkə uzun illər millidə oynayıb?
Cari mövsüm Azərbaycan Premyer Liqasında “Səbail” artıq 3 oyun keçirib və Yaqublu bu görüşlərdən yalnız 1-də, o da 11 dəqiqə meydanda olub. O da “Sumqayıt”la səfər oyununda, hesab 3:0 komandasının xeyrinə olanda. Həmin anda “Səbail” qələbəni təmin etməsəydi, inanmıram ki Yaqublu oynamaq şansı qazanardı. Yəqin ki, “Zirə” və “Qarabağ”la oyunlarda olduğu kimi ehtiyat oyunçular skamyasında qalardı. Eltun Yaqublu həmin 11 dəqiqəyə görə belə şou göstərir? Azdan-çoxdan dünya mətbuatını izləyirik. Kriştiano Ronaldonun, Lionel Messinin belə “oyun çıxartdığını” görmüsüz? Xeyr. Onlar oyunu lazım olan yerdə çıxardırlar, meydanda. Yaxşı olardı ki, azərbaycanlı futbolçular da meydandakı çıxışları ilə gündəmə gəlsinlər, bu cür hərəkətləri ilə yox.
Üstəlik, bu, Eltunun oyunu ilə yox, avtomobilə ilə gündəmə gəldiyi ilk hadisə deyil. Ötən ilin noyabrında Yaqublu komanda yoldaşı Ağabala Ramazanovun toyundan sonra da "avtoş"luğu ilə gündəm olmuşdu.
Yaqublunun son hərəkəti komanda yoldaşlarını da pis vəziyyətə salıb. Eltunun Rafet El Romanın mahnısının sədaları altında BOS-dakı “şou”sundan sonra stadion rəhbərliyi haqlı olaraq qərar çıxarıb ki, futbolçular bundan sonra stadionda şəxsi nəqliyyat vasitəsilə deyil, yalnız komanda avtobusu ilə daxil olacaqlar. Burda deyirlər ki, “sənə lazım idi bu?"
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
09:00
“Neftçi” “Turan Tovuz”u qəbul edir
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
24.10.2026
23.10.2026























